Killian Mörfi

Killian Mörfi

Aktyor

BİOQRAFİYA

Killian Mörfi 25 may 1976-cı ildə Duqlasda (İrlandiya) anadan olub. O, müəllimlər ailəsində dörd uşaqdan ən böyüyüdür. Atası İrlandiya təhsil departamentində işləyir, anası isə məktəbdə fransız dili dərsi deyir. Killianın xalaları, dayıları və babasıda müəllimdirlər. Orta təhsilini Korkda “Presentation Brothers College”də alıb. Ailəsinin musiqi ilə bağlılığı olduğundan, Killianda uşaqlığında musiqiçiliyə maraq göstərib. Rok qruplardan birində çıxış edən Killian Mörfi daha sonra karyerasına aktyor kimi davam etmək qərarına gəlib. Aktyor “28 gün sonra”, “Qara Cəngavər” trilogiyası, “Günəşin işığı”, “Başlanğıc”, “Zaman” kimi uğurlu filmlərdə rol alıb. 1 avqust 2004-cü ildən İrlandiyalı rəssam İvoni Makqinnes ilə evlidir. Onlar 1996-cı ildən sevgili olublar. Cütlüyün Malaki Mörfi və Eran Mörfi adlı iki oğulları var. Aktyor 15 il vegeterian olub və yanlız “Peaky Blinders” serialında çəkilməyə təklif aldıqdan sonra kökəlmək üçün ət yeməli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Cillian_Murphy

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç