Oskar Ayzek

Oskar Ayzek

Aktyor, prodüser

BİOQRAFİYA

Oskar Ayzek 9 mart 1979-cu ildə Qvatemalada anadan olub. Amerikalı aktyor və musiqiçidir. Daha çox “Lyuin Devisin daxilində” (2013), “Ən qəddar il” (2014), “Maşından" (Ex-Machina 2015) və “Ulduz müharibələri” saqasında oynadığı rollarla tanınır. 2015-ci ildə “Qüvvənin oyanışı” (2015) epizodunda, 2017-ci ildə isə “Sonuncu Ceday” epizodunda “X-wing” pilotu Po Demeron rolunu oynayıb. 2016-ci ildə böyük ekranlara onun da rol aldığı “İks adamlar: Dünyanın sonu” filmi çıxıb. Bundan başqa Ayzek HBO-nun “Mənə qəhrəmanı göstərin” adlı mini-serialında baş rolu ifa edib. Həmin rol ona “ən yaxşı kişi rolu” nominasiyasında “Qızıl Qlobus” mükafatı qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B9%D0%B7%D...

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç