Emil Quliyev

Emil Quliyev

Rejissor, ssenarist

BİOQRAFİYA

Emil Quliyev 1986-cı ildə Bakı şəhərində doğulub. 68 nömrəli orta məktəbi bitirib. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Universitetinin hüquq fakültəsini bitirib. 2011-ci ildən özünü kino sahəsində sınayan Emil "İnkoqnito" adlı ilk qısametrajlı filmini ərsəyə gətirir. 50-yə yaxın qısametrajlı ("Paradoks", "Çaypulu", "Lal skripka", "24 km", mozalanlar, reklamlar, kliplər), üç tammetrajlı film ("Pərdə", "İkinci pərdə", "Bir xalanın sirri") çəkib. Rejissorun "Ümid filmi" Tulada “Shorti” qısametrajlı filmlərin V qran-pri müstəqil kinofestivalında, Mazandaranda VIII beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Həmçinin Barnaulda “Kinolikbez” müəllif kino festivalının rəsmi proqramında yer alıb, Seulda “Asian International Short Film Festival” kinofestivalında seçmə turu keçib, habelə Tehranda 38-ci kinofestivalın əsas müsabiqə proqramında iştirak edib. Nyu-York film festivalında ən yaxşı film və rejissor işinə görə mükafat qazanıb. Gənc rejissorun lentə aldığı Paradoks filmi Nyu-Yorkda qısametrajlı filmlər festivalında ən yaxşı film diplomuna layiq görülüb. “Tula İnternational Film Festival”ında mükafat qazanıb. Bakı Film İnstitutu tərəfindən ən yaxşı operator işinə görə və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Ailə” film festivalında mükafat alıb. Emil Quliyevin Ana üçün ağlafilmi isə Nyu-York film festivalında mükafata layiq görülüb.


FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç