Süsən Məcidova

Süsən Məcidova

Aktrisa

BİOQRAFİYA
Süsən Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb. Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrdə iştirak edib, epizodik rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri var idi.

Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb. Çılğın ehtiraslı və qroteskii rollarda məharəti daha parlaq şəkildə səhnə təcəssümü tapırdı. 24 iyun 1985-ci ildə dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/S%C3%BCs%C9%99n_M%C9...



FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç