Ceyms Kromuell

Ceyms Kromuell

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Ceyms Oliver Kromuell 27 yanvar 1940-cı ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Amerikalı aktyor, kinoprodüser və kinorejissordur. “Emmi” (2013) mükafatının laureatı, “Oskar” mükafatının (1996) nominantıdır. Uşaqlığı və gəncliyi Nyu-Yorkun Manhetten rayonunda keçib. Aktyor və rejissor Con Kromuellin oğludur (1887-1979). "Hill School" özəl məktəbini bitirib. Daha sonra Karnegi-Mellon adına Pitsburq Universitetində maşınqayırma üzrə ali təhsil alıb. 1976-1986-cı illərdə En Ulvestadla evli olub. Ayrılmış cütlüyün birgə nikahdan üç övladı var. 1986-2006-cı illərdə Ceyms aktrisa Culi Kobla nikahda olub. Üçüncü həyat yoldaşı Anne Stüartla 2014-cü ildə ailə qurub. Daha çox “Startrek: Birinci təmas”, “Los-Ancelesin sirləri” (1997), “Yaşıl Mil” (1999), “Səma kovboyları” (2000), “Mən robotam” (2004), “Ən uzun yard” (2005), “Mələklər Amerikada” (2003) filmlərdə yaratdığı obrazlarla şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/James_Cromwell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç