Kristof Valts

Kristof Valts

Aktyor

BİOQRAFİYA

Kristof Valts 1956-cı il oktyabrın 4-də Vyanada (Avstriya) geyim üzrə rəssamlar ailəsində dünyaya gəlib. Babası və nənəsi teatr aktyorları olub. Ona görə də uşaqlıqdan kinematoqrafiyaya maraq göstərməyi heç də təəccüblü deyil. Kristof Vyana Universitetinin musiqi və teatr fakültəsinin məzunu olub. Sonra Amerikada, Nyu-Yorkda yerləşən Li Strasberq İnstitutunda təhsil alıb. 53 yaşınadək Kristofun adı dünyaya tanış deyildi. O vaxtadək bir çox uğurlu layihələrdə iştirak etmişdi. Kristofun etirafına görə, rejissor Kventin Tarantino onu bataqlıqdan çıxarıb bütün dünyaya tanıtdı. İkinci Dünya müharibəsindən bəhs edən “Şərəfsiz it uşaqları”nda ağıllı və hiyləgər faşist zabitini oynamaqla bir çox mötəbər mükafatlara, o cümlədən Kann kinofestivalının "Qızıl budağ"ına, "Oskar" heykəlciyinə, "Qızıl Qlobus" və BAFTA mükafatlarına layiq görülüb. O vaxtdan Valtsın karyerası günəş kimi parlamağa başlayır. 2013-cü ildə Tarantinonun “Azad olunmuş Canqo” filmində oynadığı doktor Kinq Şults roluna görə karyerasının ikinci "Oskar"ına layiq görülür. 2015-ci ildə Tim Börtonun “Böyük gözlər” filmindəki Uolter Keyn roluna görə yenidən "Qızıl Qlobus"a namizəd olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Christoph_Waltz

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç