Toni Şelub

Toni Şelub

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Toni Şelub 9 oktyabr 1953-cü ildə Qrin-Bey (Viskonsin ştatı, ABŞ) şəhərində anadan olub. Daha çox “Qanadlar” teleserialında aldığı Antonio Skarpatsi və “Xəfiyyə Monk” teleserialında obsessiv-kompulsiv pozuntulardan əziyyət çəkən təhqiqatçı Edrian Monk rolu ilə tanınır. Aktyorun anası və atası Livanda doğulub. Tonidən savayı böyük ailənin 10 övladı olub. 1980-ci ildə Yel universitetini müvəffəqiyyətlə bitirib. 20 yaşı olanda aktyor Massaçusets ştatının Kembric şəhərinə köçüb. Orada dörd il yerli teatrlardan birində tamaşalarda çıxış edib. 1992-ci ildə Şelub “Atamla açıq söhbət” tamaşasında oynadığı baş rola görə prestijli teatr mükafatı sayılan “Toni” mükafatına layiq görülüb. Kinoda debütünü 1986-cı ildə “Qısqanclıq” filmində edib. Həmin lentdə Cek Nikolson və Meril Strip kimi məşhur aktyorlarla çəkilib. 2002-2009-cu illərdə Şelub “Xəfiyyə Monk” teleserialında eyniadlı xəfiyyə rolunu oynayıb. Həmin rola görə üç “Emmi” və bir “Qızıl Qlobus” mükafatına layiq görülüb. 1992-ci ildə Toni Şelub aktrisa Bruk Adamsla ailə qurub. Onlar Cozi Lin (1989-cu il təvəllüdlü) və Sofi (1993-cu il təvəllüdlü) adlı iki uşağı övladlığa götürüblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tony_Shalhoub

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç