Mario Kasas

Mario Kasas

Aktyor

BİOQRAFİYA

Mario Kasas Syerra 12 iyun 1986-cı ildə La-Korunya şəhərində (İspaniya) anadan olub. Bir bacısı, üç qardaşı var. Bir müddət "Göyün yeddinci qatında" filmində birgə çəkildiyi aktrisa Mariya Valverde ilə görüşüb. 2014-cü ildə aktyorun bacısı Şeyla qardaşı ilə Valverde arasındakı romantik münasibətlərin sona çatdığını açıqlayıb. 2014-cü ildən etibarən “Qar üstündə palma budağı” filminin çəkilişlərində tanış olduğu Berta Vaskeslə görüşür. “Yaz yağmuru”, “Göyün yeddinci qatında”, “Gözəgörünməz qonaq”, “Canavar dərisi” filmlərində, həmçinin “Pako adamlar”, “Mücrü” və digər seriallarda oynadığı rollara görə tanınır. Kinoda debütü Antonio Banderasın baş rola çəkildiyi “Yaz yağmuru” filmində baş tutub. Elə həmin il Kasas “SMS” teleserialının çəkilişlərində iştirak edir. 2009-cu ildə bir neçə filmdə görünür (“Beyin axını”, “Seks, şənliklər və yalan”və s.). 3 dekabr 2010-cu ildə “Göyün yeddinci qatında” adlı kəskin sujetli romantik dramda baş rola çəkilir. Həmin rola görə "Ən yaxşı aktyor nominasiyasında ACE kino mükafatına layiq görülüb. 2012-ci ildə filmin “Səni istəyirəm” adlı sikveli işıq üzü görüb. 2011-ci ildə “Mücrü” serialında Uliss roluna dəvət olunub. 2016-cı ildə rejissor Oriol Paolonun “Gözəgörünməz qonaq” adlı filmi böyük ekranlara çıxır. Müəmmalı qətlin özünəməxsus şəkildə araşdırılmasından bəhs edən trillerdə əsas antaqonisti oynayıb. Film təkcə İspaniyada deyil, Avropa və ABŞ-da da böyük marağa səbəb olub və tənqidçilərin müsbət rəyini qazanıb. 2017-ci ildə NETFLİX şirkətinin istehsalı olan “Canavar dərisi” dramında baş rolu ifa edib. Film uzun müddət qışlaqda təkbaşına yaşayan və ünsiyyət imkanından məhrum olduğu üçün qabalaşan ovçunun kədərli hekayəsini danışır. Canavar dərilərini satdığı kənddə hamilə olduğundan xəbəri olmayan bir qadınla evlənir və onu dağdakı evinə aparır. Lakin soyuq keçən qış və dözülməz şəraitdə qadın dünyasını dəyişir. Ovçu qadının atasına hədə-qorxu gələrək hamilə qadını ona "sırıdığı" üçün başlıq parasını geri istəyir. Əlacsız qalan ata ikinci – azyaşlı qızını ona ərə verir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mario_Casas

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç