Rendall Uolles

Rendall Uolles

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Rendall Uolles - 28 iyul 1949-cu ildə Medison şəhərində (ABŞ) doğulub. Yeddi yaşından etibarən hekayələr yazmağa başlayıb. Orta məktəbi bitirdikdən sonra Şimali Karolinanın Darem şəhərində Dük Universitetində rus dili və filologiya üzrə təhsil alıb və "Lambda Chi Alpha" tələbə qardaşlığı təşkilatının üzvü olub. Bir il sonra əlbəyaxa döyüş sənəti üzrə seminar bitirib. Karatedə qara kəmər sahibidir. Los-Ancelesə köçdükdən sonra ədəbi fəaliyyətini yenidən bərpa edən Rendall hekayələr, romanlar və filmlər üçün ssenarilər yazmağa başlayıb. Hollivudda özünü mügənni və bəstəkar kimi sınadıqdan sonra Stiven Kanelin "Stephen J. Cannell Productions" şirkətində ssenarist və prodüser kimi fəaliyyət göstərib. Rendall Uollesin son işləri arasında “Katiblik ləqəbli at”, “Cənnət həqiqət üçündür” filmləri daha uğurlu alınıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Randall_Wallace

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç