Maykl Cakkino

Maykl Cakkino

Bəstəkar

BİOQRAFİYA

Maykl Cakkino 10 oktyabr 1967-ci ildə Riversayd şəhərində (ABŞ) anadan olub. Amerikalı italyan əsilli bəstəkar “Oskar” mükafatı laureatıdır. Çoxsaylı Hollivud filmləri, teleseriallar və video oyunlarının bəstəkarı kimi tanınır. Orta məktəbi Nyu-Cersi ştatında bitirib. Müxtəlif video oyunlar üzrə gördüyü işlər onu televiziya məkanına gətirib. 2001-ci ildə C.C.Abrams (həmin vaxt “Alias” serialının prodüseri idi) onun video oyunlar üzərində gördüyü işi yüksək qiymətləndirərək, yeni şou üçün saundtrek yazmağını xahiş edib. 2004-cü ildən etibarən Maykl böyük kinoya qədəm qoyur; “Pixar”ın “Superailə” cizgi filmi üçün musiqi bəstələyir. 2005-ci ildə “Superailə” cizgi filmi üzərində gördüyü işə görə iki “Qremmi” mükafatına namizəd olur: Ən yaxşı saundtrek və ən yaxşı instrumental kompozisiya. O, eyni zamanda məşhur “Son hədd (Fringe)” və “Sağ qalmaq” seriallarının saundtreklərinin müəllifidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Giacchino

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç