Culiya Roberts

Culiya Roberts

Aktrisa, prodüser

BİOQRAFİYA

Culiya Fiona Roberts 28 oktyabr 1967-ci ildə Corciya ştatının Atlanta şəhərində (ABŞ) anadan olub. Atası Uolter Qreydi Roberts irland, şotland və ingilis əsilli aktyor və yazıçı idi. Anası Betti Lu Bredemas kilsə girişində katibə, eyni zamanda aktrisa kimi çalışıb. Culiya dünyaya gəldiyi zaman ailəsinin maliyyə çətinliyi var idi. Atası Corciya ştatında uşaqlar üçün kiçik bir aktyorluq məktəbi açmışdı. 1971-ci ildə Culiyanın dörd yaşı olarkən valideynləri ayrılır. Culiya 13 yaşından ofisiant kimi işləməyə başlayır. Bir neçə dəfə yerli gözəllik müsabiqələrində iştirak etsə də, finala yüksələ bilmir. Məktəb illərində böyük qardaşı Eriklə birgə aktrisalıq bacarığını kəşf edir. Kolleci qurtardıqdan sonra Corciya ştatında universitetə qəbul olunur və özünü kinoda sınamaq üçün Nyu-Yorka yollanır. Nyu-Yorkda “Click” model agentliyi ilə müqavilə bağlayıb, aktyorluq kurslarına yazılır. Nyu-Yorkda aktrisalıq dərslərindən başqa tələffüzünü düzəltmək üçün artilkulyasiya dərsləri də alır. Çünki cənub tələffüzü kinoda o qədər də yaxşı qarşılanmırdı. Amma tezliklə istədiyi nəticəni ala bilmədiyi üçün aktyorluq kurslarını buraxır. Artıq tanındıqdan sonra Culiya qardaşı Erik tərəfindən ekranlara çıxmaq üçün üç il gözləyən “Al qırmızı” (Blood red) döyüş filmində kiçik bir rol təklifi alır. Bu zaman ərzində artıq bir neçə filmdə çəkilmişdi. “Razılıq” (Satisfaction) filmində rok-qrupda iştirak edən qız obrazını canlandırmaq üçün zərbli alətlərdə və bas-gitarda ifa etməyi də öyrənmişdi. Eləcə də, 1987-ci ildə “Sehrli pitsa” (Mystic Pizza) filminin çəkilişləri zamanı açıq şabalıdı saçlarını rəngləyərək kürən qız olmaq məcburiyyətində də qalmışdı. Culiya Robertsin növbəti rolu onun tənqidçilər və tamaşaçılar tərəfindən Amerikanın gələcəyi olan aktrisalarından biri kimi qiymətləndirilməsinə səbəb olur. Meningit xəstəliyindən əziyyət çəkdiyi üçün Culiya müalicə almaq üçün Los-Ancelesdən Santa-Moniko şəhərinə gedir. Bu zaman “Polad maqnoliya” (Steel Magnolias) filmində şəkər xəstəliyindən əziyyət çəkən xəstə qız rolu üçün aktrisa axtarılırdı. Culiya bu təklifi qəbul edərək öz taleyini oynamağa razı olur. Film böyük məşhurluq qazanır. Roberts isə “Qızıl Qlobus” mükafatı qazanır və “İkinci planda ən yaxşı aktrisa” kateqoriyasına görə “Oskar” mükafatına layiq görülür. “Polad maqnoliya” (Steel Magnolias) filmi 1989-cu ilin sonlarında “Oskar” mükafatının təqdimatından əvvəl ekranlara çıxanda Culiya artıq bu zaman “3000 $” adlı filmin çəkilişlərində öz işini yekunlaşdırırdı. Varlı iş adamının bir əxlaqsız qadınla onunla bir həftə keçirməyə söz verdiyi üçün film belə adlandırılmışdı. Filmdə baş rolu məşhur aktyor Riçard Gir oynayırdı. Prodüserlər filmdə Vivyen Uord obrazı olaraq daha təcrübəli və tanınmış sima görmək istəsələr də, rejissor Harri Marşall inadla bu rolda məhz Culiyanı görmək istəyirdi. Sonradan bu film "Gözəlçə" adlandırılır və Culiya Roberts bu roluna görə müxtəlif mükafatlara sahib olur. Culiya R. Hollivudun ən tələb olunan aktrisalarından biridir, onun iştirakı ilə çəkilən filmlər indiyə kimi 2 milyard dollardan çox pul qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Culiya_Roberts

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç