Lük Besson

Lük Besson

Kinorejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Lük Besson 18 mart 1959-cu ildə Parisdə (Fransa) sualtı üzgüçülük üzrə təlimatçı ailəsində doğulub. Uşaqlıqda valideynlərinin peşəsinə yiyələnməyi arzu edirdi. Ona görə də uşaqlığı Yunanıstan və Yuqoslaviya sahillərində keçib. 17 yaşında baş verən faciə zamanı az qala, görmə qabiliyyətini itirəcəkdi, ona görə də sualtı üzgüçülükdən əl çəkir və Parisə qayıdıb kinematoqrafiya ilə məşğul olmağa başlayır. 19 yaşında müvəqqəti olaraq Hollivuda gedir, lakin bu səfəri çox çəkmir və geri qayıdır. Üçillik hərbi xidmətdən sonra kino işinə qayıdır. Əvvəlcə musiqili kliplərə rejissorluq edir, sonra isə tammetrajlı filmlərdə rejissor köməkçisi kimi çalışır. Rejissorun debüt işi 1981-ci ildə çəkdiyi “Sondan əvvəl” qısametrajlı filmdir. Tammetrajlı filmini isə 1983-cü ildə çəkdiyi “Son döyüş” ağ-qara filmini hesab etmək olar. Film bir neçə mükafata layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/L%C3%BCk_Besson

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç