Spenser Trit Klark

Spenser Trit Klark

Aktyor

BİOQRAFİYA

Spenser Trit Klark (Spencer Treat Clark) 24 sentybar 1987ci ildə Nyu-Yorkda incəsənət ailəsində anadan olub. Bacısı Eliza dramaturgiya ilə məşğuldur, üstəlik kino və seriallar üçün ssenarilər yazır. Məktəbdə oxuduğu illərdə kişi xorunun üzvü olub, 12 yaşında ilk dəfə olaraq kinoda görüntülənib. Spenser Nyu-Yorkun Kolumbiya universitetinin məzunudur. Politologiya və iqtisadiyyat ixtisası üzrə bakalavr diplomu alıb. Fotoqrafiya və səyahət onun hobbilərindən sayılır. 1998-ci ildə “Arlinqtona aparan yol” trillerində baş rollardan birini oynayıb. Filmdə tərəf-müqabilləri Ceff Brices, Tim Robbins, Coan Küsak, Houp Devis kimi aktyor və aktrisalar olub. 2000-ci ildə aktyor rejissor Nayt Şyamalanın “Sarsılmaz” fantastik filmində rol alıb. 2018-ci ildə həmin filmin sikveli sayılan “Şüşə”yə çəkilib. 2009-cu ildə Klark “Yaxşı həyat yoldaşı” serialına çəkilib. 2013-cü ildə “Shield agentləri” serialında rol alıb. Bir il sonra “Simbelin” filminin çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/spencer_treat_clark/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç