İlyas Mübarək

İlyas Mübarək

Aktyor

BİOQRAFİYA

İlyas Mübarək 29 may 1982-ci ildə Almaniyanın Münhen şəhərində anadan olub. Atası tunisli, anası avstriyalıdır. İslamafobiyanın artması fonunda uşaqlıq illəri çox ağır keçib. Xarici görünüşünə görə tez-tez həmyaşıdları tərəfindən təhqirlərə və hücumlara məruz qalıb. Xarizmatik siması kinostudiya əməkdaşlarından birinin diqqətini cəlb edib və çox keçmədən, 1994-cü ildə “Rosa Roth” serialına kiçik rola dəvət olunub. Həmin vaxt İlyasın cəmi 12 yaşı var idi. 1996-cı ildə “Cinayət yeri” teleserialında epizodik rol oynayıb. Daha sonra istedadlı gənc seriallarla yanaşı, reklam çarxlarına da çəkilməyə başlayıb. Öz qazancı ilə ailəsinə maddi cəhətdən dəstək olub. Aktyor təkcə yaraşıqlı məşuq və ər tipajları ilə kifayətlənməyib. Sonradan nisbətən daha ciddi rollar alıb. “Təzə başlayanlar üçün Türk dili” serialında müxtəlif mədəniyyət və dünya görüşləri arasında olan ziddiyyətlər mövzusuna toxunulub. “Bu populyar serialda yaratdığı Cem Öztürk obrazı ilə məşhurlaşıb. 2017-ci ildə aktyor “Andıra qalmış ürək” filmində baş rola çəkilib. Ümumiyyətlə böyük ekranlarda ilk rolunu “Qızlar yuxarıdan” filmində oynayıb. Daha sonra “Tərkib” filmində baş rollardan birinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Elyas_M%27Barek

 

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç