Morqan Friman

Morqan Friman

Aktyor

BİOQRAFİYA
Morqan Friman 1 iyun 1937-ci ildə Memfisdə (ABŞ) doğulub. 8 yaşında səhnədə ilk debütünü edib. Məktəb tamaşasında baş rol alıb. 12 yaşı olanda o, artıq Naşvill radio-şousunda iştirak edirdi. 1960-cı ildə Los-Ancelesə köçür. Burada bir müddət müəssisə işçisi kimi fəaliyyət göstərir. 1964-cü ildə isə San-Fransiskoda Opera Rinq musiqi qrupunun üzvü olub. Məşhur kinoaktyor "The Human Factor" adlı filmdə Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanı oynayıb. Friman 2005-ci ildə “Milyon dollarlıq gözəlçə” filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktyoru" kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb. “Street Smart” (1987), “Xanım Deyzinin sürücüsü” (1989), “Şouşenkdən qaçış” (1994), “Fəthedilməz” (2009) filmlərinə görə “Oskar”a namizəd göstərilib. O, həmçinin “Robin Hud - oğruların şahzadəsi”, “Yeddi”, “Dərin zərbə”, “Qüdrətli Brüs”, “Qara cəngavər” trilogiyası, “RED” və “Lusi” kimi ekran əsərlərində rol alıb. Morqam Friman dörd dəfə evli olub, iki qızı, iki oğlu var (oğlu Alfonso Friman (1959), oğlu Sayfulay Friman (1960), qızı Dina Friman (Canett Edeyr Bredşounun əvvəlki evliliyindən olan qızını Morqan övladlığa götürüb), qızı Morqana Friman (1971). Morqan Friman 4 avqust 2008-ci ildə Missisipi ştatında avtomobil qəzasına düşüb, əlində iki sınıq olduğundan əməliyyat olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Morqan_Friman
FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç