Amitabh Baççan

Amitabh Baççan

Aktyor, prodüser

BİOQRAFİYA
Amitabh Baççan 11 oktyabr 1942-ci ildə Hindistanın şimalında yerləşən Allahabad şəhərində məşhur hind şairi Harivanş Ray Baççan (əsl soyadı Şrivastav) və arvadı Teci Baççanın ailəsində anadan olub. 1969-cu ildə karyerasına başlayan Amitabh Hindistanın ən məşhur aktyorlarındandır. O, Hindistan kinematoqrafçıları tərəfindən “Minilliyin aktyoru” adını alan yeganə sənətkardır. Amitabhın Acitabh adlı kiçik qardaşı var. Əvvəlcə 1970-ci ildə çəkilmiş “Gecikmiş qisas’’ filmi ilə populyarlıq qazanıb və Bollivud ekranında Hindistanın "qəzəbli gənc"i adını alıb. İndiyədək, təxminən, 190-dan çox hind filminə çəkilib. “Divar” (1975), “Qisas və qanun” (1975), “Məhəbbət həyatdır” (1976), “Amar, Əkbər, Antoni” (1977), “Don” (1978), “Şakti” (1982), “Şahənşah” (1988), “Sevənlər” (2000), “Sevincdə və kədərdə” (2001), “Bağban” (2003), Sevirsən? (2004), “Vir və Zara” (2004), “Son ümid” (2005), “Banti və Babli” (2005), “Heç vaxt əlvida demə” (2006), “Ata” (2006), “Codha və Əkbər” (2008), “Böyük Getsbi” (2013), “Sarkar 3" (2017) filmlərindəki rolları ilə tamaşaçı kütləsinin rəğbətini qazanıb. Baççan hind kino tarixinin ən böyük və ən nüfuzlu aktyorlarından biri kimi dünyada tanınır. O, karyerasında çoxsaylı mükafatlar qazanıb, o cümlədən milli film mükafatlarında dörd dəfə “Ən yaxşı aktyor’’ və beynəlxalq kinofestivallarda bir çox mükafatlar qazanıb. Amitabh Baççan 1973-cü ildən aktrisa Caya Bhaduri ilə evlidir. Onların iki övladı var: qızı Şveta və oğlu Abhişek. Oğlu aktyordur. Abhişek Baççan 2007-ci ildən aktrisa Ayşvariya Rayla evlidir. Üç Milli kino və 11 Filmfare Awards mükafatlarının sahibidir. Hindistanın ali vətəndaş mükafatı: Padma Şri (1984), Padma Bhuşan (2001) və Padma Vibhuşan (2015) ilə təltif olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Amitabh_Ba%C3%A7%C3%...

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç