Namis Şirməmmədov

Namis Şirməmmədov

Aktyor

BİOQRAFİYA
Namis Şirməmmədov 3 aprel 1962-ci ildə Ağsuda anadan olub. 1979-1983-cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyorluğu” fakültəsində təhsil alib. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvəti ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb. Respublikada ilk dəfə olaraq Namis Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırıb. Bundan başqa Namis Şirməmmədov Sumqayıt teatrında bir çox rolların ifaçısıdır.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Namis_%C5%9Eirm%C9%99mm%C9%99dov

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç