Lindsi Lohan

Lindsi Lohan

Aktrisa, prodüser

BİOQRAFİYA

Lindsi Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin Bronks bölgəsində (ABŞ) dünyaya gəlib, ailənin ilk uşağıdır. Karyerasına 3 yaşında model olaraq başlayıb. Bir neçə il sonra artıq reklam çarxlarına və bəzi kinolara epizodik uşaq rollarına çəkilib. 10 yaşında olanda Lindsi artıq teleserialların daimi aktrisası olub. 11 yaşında (1998-ci ildə) “Valideynlər üçün tələ” adlı komediyaya çəkilib. 6 ildən sonra Lindsi artıq məşhur aktrisaya çevrilir. “Bədbin cümə”, “İfritə qızlar”, “Dəlisov yürüşlər” filmində baş rolları oynayır. “Dəlisov yürüşlər” filminin çəkilişi zamanı Lohan “Speak” adlı ilk solo mahnı albomunu buraxır. “A Little More Personal (Raw)” adlı ikinci albomu 2005-ci ildə işıq üzü görüb. Lohanın karyerasında 2007-ci ildə durğunluq dövrü başlayıb. Aktrisa iki dəfə yol qəzasına düşüb, reabilitasiya mərkəzlərində müalicə alması ilə əlaqədar ona təklif olunan əksər rolları itirib. 2008-ci ildə “Çirkin Betti” serialına çəkilib. 2010-cu ildə rejissor Robert Rodrigesin “Maçete” adlı döyüş filmində rol alıb. 2007-ci ildə “Maxim” jurnalı Lindsi Lohanı dünyanın ən cazibədar qadını elan edir. Növbəti illərdə onun narkotik vasitə və spirtli içkilərə olan alüdəçiliyi və qalmaqallı şəxsi həyatı sarı mətbuatın gündəmindən düşməyib. Lohan bir müddət “Louis Vuitton” brendinin rəsmi siması olub. 2014-cü ildə Lohan məşhur video oyun – GTA 5 in istehsalçısı olan Rockstar Games şirkətini məhkəməyə verərək, oyundakı qadın personajın icazəsiz olaraq onun siması, geyim tərzi və səsi əsasında yaradıldığını iddia edir. Şirkət qarşılıqlı iddia qaldırıb. Məhkəmə Lohanın ittihamlarının əsassız olduğunu sübuta yetirib. 2015-ci ilin oktyabrında rusiyalı biznesmen İqor Tarabasovla görüşməyə başlayıb. 2016-cı ildə isə çox böyük səs-küylə, bir- birlərini günahlandıraraq ayrılıblar. 2016-cı ildə Lohan islam dinini öyrəndiyi barədə məlumat verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Lindsey_Lohan

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç