Elnar Qarayev

Elnar Qarayev

Aktyor

BİOQRAFİYA
Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində (Azərbaycan) doğulub. 2006-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Elnar Qarayev 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. O, "Etiraf" bədii-sənədli filmində C.Cabbarlı, "Yanmış körpülər" teleserialında ərəb mühafizəçisi, "Sarı gəlin" televiziya tamaşasında Ağaəli obrazlarını ifa edib. 2006-cı ildə Zuğulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Elnar_Qarayev
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç