Çivetel Eciofor

Çivetel Eciofor

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Çivetel Ümidi Eciofor 10 iyul 1977-ci ildə London şəhərində (İngiltərə) dünyaya gəlib. Britaniya vətəndaşı olan Çivetel əslən nigeriyalıdır. Atası Arinz Eciofor həkim, anası Obyaculu Eciofor əczaçı olub. 11 yaşı olanda atası ilə birgə ağır yol qəzasına düşüb. Çivetel sağ qalsa da, atası dünyasını dəyişir. Qəzadan sonra alnında çapıq izləri qalıb. Aktyor “Oskar” və “Emmi” mükafatlarına namizəd olub. “Qızıl Qlobus” mükafatının beşqat nominantıdır. 2000-ci ildə isə “Cek Tinker” mükafatına layiq görülüb. “12 il köləlikdə” (2013) tarixi dramında canlandırdığı qaradərili qul Solomon Nortap obrazı ilə çoxsaylı kino mükafatları, o cümlədən BAFTA mükafatı ilə təltif olunub. Hazırda Sari Mersyer adlı kanadalı aktrisa ilə qeyri-rəsmi nikahdadır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Chiwetel_Ejiofor

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç