Dueyn Conson

Dueyn Conson

Aktyor

BİOQRAFİYA

Dueyn Conson 2 may 1972-ci ildə Kaliforniyanın Heyvard şəhərində tanınmış restler Soulmen Rokki Consonun ailəsində dünyaya göz açıb. Anası samoalı, atası kanadalıdır. Uşaqlığının bir hissəsi Yeni Zelandiyanın Oklend şəhərində keçib. Oklend ibtidai məktəbində oxuyub. Daha sonra ailəsi Havayi adalarına köçüb. Honoluluda orta təhsil alıb. 11-ci sinifdə oxuyanda isə ailəsi bu dəfə Pensilvaniya ştatının Betlehem şəhərinə köçüb. Universitetdə ali təhsil aldığı müddətdə Amerika futbolu üzrə komandanın üzvü olub. Universiteti bitirdikdən sonra “Kalqari Stampiders” komandası ilə peşəkar futbolçu olaraq müqavilə bağlasa da, onurğasından ciddi zədə alır və peşəkar futbol karyerası ilə vidalaşmağa məcbur qalır. Restler və aktyor karyerasında “The Rock” yəni “Qaya” ləqəbi ilə tanınır. 1996-2004-cü illərdə World Wrestling Federation/Entertainment (WWF/E) restlinq (şou xarakterli qaydasız döyüş) yarışlarında iştirak edib. 2011-ci ildə WWE-ə qayıtsa da, ara-sıra “Raw” brendi altında keçirilən demonstrativ döyüşlərdə rinqə çıxır. Səkkizqat WWF/E, ikiqat WCW və ikiqat qitələrarası WWF çempionu, beşqat komanda döyüşü üzrə WWF çempionudur. 2000-ci ildə “The Rock Says” adlı avtobioqrafik kitabını yazıb. Sözügedən memuarlar 2001-ci ildə Nyu-York Tayms bestsellerlərinin siyahısında birinci yerdə qərarlaşıb. 2001-ci ildən etibarən kinoya çəkilməyə başlayıb. “Mumya” blokbasterinin uğurundan sonra onun spinoff-u sayılan “Əqrəblərin şahı” filmində baş rola çəkilib. Həmin roluna görə 5.5 milyon dollar qonorar əldə etdiyinə görə “ən çox gəlir götürmüş debütant aktyor” kateqoriyasında Ginnesin Dünya Rekordları kitabına düşüb. Kinoda “Forsaj” franşizası, “Amazon xəzinəsi”, “Herakl”, “Diş pərisi”, “Cumanci 2”, “Doom” filmlərində oynadığı rollara görə tanınır. 2018-ci ilin avqustunda Conson Forbes nəşrinin versiyasına görə ən çox gəlir götürən aktyorların siyahısında ikinci yeri tutub. Belə ki, 12 ay ərzində o çəkilişlərdən nə az, nə çox 124 milyon dollar qazanc götürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D...

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç