Tomas Heyden Çörç

Tomas Heyden Çörç

Aktyor

BİOQRAFİYA
Tomas Heyden Çörç 17 iyun 1960-cı ildə El-Paso şəhərində (Texas ştatı, ABŞ) anadan olub. Atası tibb işçisi, anasi isə evdar qadın idi. Ailədə altı uşaqdan üçüncüsüdür. Əvvəllər ögey atasının Kesada soyadını daşıyan aktyor, sonradan soyadını dəyişib. Texas ştatının Laredo bölgəsində böyüyüb. Harlingen şəhər orta məktəbini bitirdikdən sonra (1979) Şimali Texas Universitetinə qəbul olunub. Şəxsi həyatına gəlincə 1998-ci ildə aldığı Texas ştatı ərazisində yerləşən rançosunda həyat yoldaşı Mia və qızı Kodi ilə yaşayır. Ekranlarda daha çox “Uçuruma doğru” (Sideways, 2004) filmində Cek, “Hörümçək Adam 3” filmində Sendmen, “Tumstoun: Vəhşiq Qərbin əfsanəsi” (1993) filmində Billi Klenton, “Con Karter” (2012) fantastik macəra filmində Tal Hayus rolları ilə yadda qalıb. Karyerası ərzində ümumilikdə 66 televiziya, bədii film və seriala çəkilib. Sonuncu rol aldığı film “Deception Road” adlanır və 2019-cu ildə nümayiş olunacağı gözlənilir. Aktyor 2005-ci ildə Kinematoqrafiya İncəsənət və Elmləri Akademiyasına üzv olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Thomas_Haden_Church


FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç