Ad Günü ( Birthday 1977 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Azərbaycan, 12+
Ad Günü Birthday
72 dəq.
az, ru
720p, 360p
Dram
7.7 TvSeans   0 IMDb   7.7 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Film şəkili müəllim Mustafanın Bakıya ezamiyyət səfəri ilə başlayır. Qohumu Nazimin evində qonaq qalan Mustafa, poçt şöbəsində xoşagəlməz təsadüf nəticəsində Fəridə ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Digər tərəfdən kadrda Əlinin ailəsi görünür. Əli oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. Qapı-qapı gəzib dostlarını dəvət etdikdən sonra Əli ad günü tədbirinə cidd-cəhdlə hazırlaşır. Fəridə ilə Bakını gəzən Mustafa isə Fəridəni evinə yola salarkən güclü yağış yağır və Fəridə onu yağış kəsənə qədər evinə qonaq dəvət edir. Əlinin isə tədbiri baş tutub, qonaqlar bir yerə yığışıb, deyib-gülüb, əylənirlər. Fəridə yağışın kəsmədiyini görüb Mustafaya onun evində qalmağı təklif edir və ona mətbəxdə yataq qurur. Əli isə həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz keflərindirlər. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafaya öz evinə getməsini məsləhət bilir. Nəticədə Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Əli oyanır, görür ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; tez onun dalınca qaçıb evinə qonaq dəvət edir. Və onlar əsl ad gününü qeyd edirlər...

Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç