Tez-Bazar Ailəşmə ( Instant Family 2018 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Tez-Bazar Ailəşmə Instant Family
118 dəq.
az, ru, en
1080p, 720p, 360p
Komediya Dram
7.35 TvSeans   7.4 IMDb   7.3 Kinopoisk  

Təsvir

Elli və Pit uşaqları olmayan cütlükdür. Günlərin bir günü beş otaqlı, hər cür şəraiti olan evə köçürlər. Ellinin təkidlərindən sonra Pit övladlığa uşaq götürməyə razılaşır. Uşaq evində Lizi adlı yeniyetmə qızı bəyənirlər. Lizini öz himayələrinə götürməyə qərar verirlər. Ancaq bu iş göründüyü qədər asan deyil. Məlum olur ki, onun kiçik qardaşı və bacısı da var və bir-birindən ayrı düşmək fikrində deyillər. Ona görə gənc cütlüyün onları “topdan” övladlığa götürməkdən başqa əlacı qalmır. Qardaş-bacıların evə ayaq basmasından sonra Elli ilə Pitin sakit, firəvan həyatı başa çatır. Uşağa düzgün tərbiyə vermək sən demə elə də asan deyil. Qarşıda onları çoxsaylı sınaqlar gözləyir. Görəsən onlar ortaq dil tapıb, əsl ailə üzvləri kimi bir-birini sevə biləcəklərmi?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Şon Anders
Ssenarist(lər):
Şon Anders, Con Morris
Baş Rollarda:
Rouz Birn, Mark Uolberq
Digər Rollarda:  
Oktaviya Spenser, Coan Küsak, İzabela Moner

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç