Gizli Pəncərə ( Secret Window 2004 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 12+
Gizli Pəncərə Secret Window
96 dəq.
az, ru, en
1080p, 720p, 360p
Dram Kriminal Triller Mistik
6.9 TvSeans   6.6 IMDb   7.2 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Baş qəhrəman Mort Reyni göl kənarındakı evdə yaşayan tənha yazıçıdır. Böhran onun həyatının hər bir aspektinə sirayət edib. Yaradıcılıq işləri o qədər də yaxşı getmir. Yeni əsər yazmağa başlaması ilə bitirməsi bir olur, səhifələri gözdən keçirdikdən sonra potensial romanını zibil qutusuna göndərir. Ailə həyatında da çətin günlərini yaşayır. Ondan ayrı yaşayan həyat yoldaşı boşanma ərizəsini imzalamasını istəsə də, hər dəfə onu qapıdan geri qaytarır. Beləcə düşkünlüyə qapılmış Mort, günlərini kompüter ekranı arxasında və divanda boşa verir. Ancaq bir gün hər şey dəyişir. Onun qapısında qara şlyapalı müəmmalı şəxs peyda olur. Özünü Kokni Şuter kimi təqdim edən bu şəxs Reynini plagiatda ittiham edir. Belə ki, hər ikisinin romanı cümlə-bə-cümlə üst-üstə düşür. Həmin heybətli şəxs ondan əlçəkmir, fiziki və psixoloji təzyiqlər göstərir. Reyni plagiatla bağlı ittihamları rədd etmək və Şuterdən yaxa qurtarmaq üçün mübahisəli əsərin ilk dərc olunduğu jurnalın nümunəsini tapmalıdır...

Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Devid Kepp
Ssenarist(lər):
Stiven Kinq, Devid Kepp
Baş Rollarda:
Con Turturro
Digər Rollarda:  
Mariya Bello, Timoti Hatton, Çarlz S. Datton

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç