Kiçik Adamlar ( Downsizing 2017 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Norveç, 18+
Kiçik Adamlar Downsizing
135 dəq.
az, ru, en
720p, 360p
Elmi-Fantastika Dram Məhəbbət Macəra
5.6 TvSeans   5.5 IMDb   5.7 Kinopoisk  

Təsvir

Ekran əsərində hadisələr yaxın gələcəkdə baş verir. Planetin əhalisi kəskin şəkildə artır. İnsanların sayının artması ilə problemlər də durmadan çoxalır. Bu problemlərin həlli ilə bağlı baş sındıran norveçli alimlər ideal çıxış yolu tapır. Onlar qida və su ehtiyatlarına qənaət məqsədilə insanları kiçiltməyə imkan verən xüsusi texnologiya icad edir. Bu texnologiya 200 il ərzində dünyanın bütün əhalisini miniatür ölçülərə qədər azaltmağa imkan verəcək. Pol adlı baş qəhrəman həyat yoldaşını hər şeydən çox sevən sadə bir insandır. Maddi vəziyyəti o qədər də ürəkaçan deyil. Həyatı əyləncədən, səyahətdən və dəbdəbədən uzaqdır. “Kiçiltmə” texnologiyasının kasıb insanı belə milyonçuya çevirdiyindən xəbər tutub layihədə iştirak etməyə qərar verir. Bunun üçün həyat yoldaşı Oudrini də yola gətirir. Onlar Omahanı tərk edib, transformasiya üçün lazım olan prosesin keçirildiyi klinikaya yollanırlar. Əməliyyatdan sonra ayılan Pol həyat yoldaşının yanında olmadığını görür. Belə ki, Oudri ən son anda peşman olaraq “kiçilmə” əməliyyatından imtina edir və ərini həmişəlik tərk edir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Aleksandr Peyn
Ssenarist(lər):
Cim Teylor, Aleksandr Peyn
Baş Rollarda:
Mett Deymon, Honq Çau
Digər Rollarda:  
Kristof Valts, Ceyson Sudeykis, Kristen Uiq

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç