Ağlı İtirmək Üçün Milyon Vasitə ( A Million Ways to Die in the West 2014 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 18+
Ağlı İtirmək Üçün Milyon Vasitə A Million Ways to Die in the West
116 dəq.
az, ru, en
1080p, 720p, 360p
Komediya Kəskin Məhəbbət Macəra Vestern
6.1 TvSeans   6.1 IMDb   6.1 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Filmdə hadisələr Vəhşin Qərbin ən “axırıncı” şəhərində baş verir. Bu şəhərcikdə hərc-mərclik baş alıb gedir. Restoran və barlarında elə gün olmur ki, dava düşməsin. Buranın sakinləri firavan və rahat həyatı heç yuxularında belə görmür. Sonuncu dəfə isti su ilə nə vaxt çimdiklərini xatırlamırlar. Ancaq inkişafdan geridə qalmış belə bir məkanda da həqiqi sevgini tapmaq mümkündür. Günlərin bir günü şəhərdə sirli bir qadın peyda olur. O təkcə gözoxşayan gözəlliyi ilə deyil, həm də sərrast atıcı olması ilə seçilir. Elə sərrastdır ki, quşu göydə gözündən vurur. Baş qəhrəman həmin qadına bir könüldən min könülə aşiq olur. Ancaq təbiətcə fağırdır və bədbəxt olduğunu düşündüyündən, hisslərini ona aça bilmir. Sevdiyi gözəlin diqqətini cəlb etmək üçün əsl Vəhşi Qərb kişisinə çevrilməkdən başqa əlacı yoxdur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç