Böyük Ümidlər ( Great Expectations 2012 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Böyük Britaniya, 12+
Böyük Ümidlər Great Expectations
128 dəq.
az, ru, en
1080p, 720p, 360p
Dram Məhəbbət
6.55 TvSeans   6.4 IMDb   6.7 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Film klassik Britaniya yazıçısı Çarlz Dikkensin eyniadlı romanının ekran adaptasiyasıdır. Baş qəhrəman Pipin böyük bacısından başqa heç kimi yoxdur. Aztəminatlı ailədə böyüməsinə və həyatın hər çətinliyi ilə qarşılaşmasına baxmayaraq saf qəlbli yeniyetmədir. Günlərin bir günü katorqadan qaçan məhbusa yazığı gələrək ona yeyəcəklər gətirir, qandaldan azad edir. Həmin hadisədən çox keçməmiş Miss Hevişem adlı zəngin qoca qadın onunla maraqlanmağa başlayır. Qarımış Miss Hevişem yoxsul Pipə qayğı göstərməyə başlayır, ona təhsil verir və zadəganlara aid davranış qaydalarını öyrədir. Hətta onu qəyyumluğa götürdüyü gözəl qızla da tanış edir. Pip həmin qıza bir könüldən min könülə aşiq olur, onunla bağlı böyük gözləntiləri meydana gəlir. Habelə onu narahat edən bir məsələni uzun müddətdir ki, başından çıxara bilmir. Varlı qadın nədən səfalət içində böyüyən Pipi öz himayəsinə götürüb?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç