Kral Naminə: Sonuncu Missiya ( In the Name of the King: The Last Mission 2014 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Kanada, Almaniya, 16+
Kral Naminə: Sonuncu Missiya In the Name of the King: The Last Mission
86 dəq.
az, ru, en
1080p, 720p, 360p
Macəra Kəskin Dram Fantaziya Tarixi
2.9 TvSeans   3.2 IMDb   2.6 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Ekran əsərinin baş qəhrəmanı Hayzen adlı muzdlu qatildir. O ən çətin tapşırıqların öhdəsindən gəlir, pula görə istənilən “çirkli” işi həyata keçirməyə hazırdır. Ancaq bir müddətdən sonra gördüyü işdən bezir və normal həyata qayıtmaq istəyir. Bunun üçün isə sonuncu missiyanı yerinə yetirməlidir. O qədər də mürəkkəb olmayan sifarişə görə yaxşı pul verirlər. Sadəcə nüfuzlu şəxslərdən birinin iki qızını qaçırıb təyinat nöqtəsinə çatdırmaq lazımdır. Hayzen təklifi qəbul edir. Ancaq o təsəvvürünə gətirə bilmir ki, bu əslində onun dırnaqarası karyerası ərzində ən çətin sifarişi olacaq. Qızları qaçıran zaman gözü onlardan birinin boynunda olan qəribə medalyona sataşır. Medalyondakı rəsmin eynisi qızın bədəninə də döyülüb. Məntiqi izahı olmayan hadisədən sonra zamanda səyahət edir və orta əsrlərə düşür. Orada sağ qalmaq üçün yerli sakinlərlə çiyin-çiyinə əjdahalara və cadugərlərə qarşı savaşmalı olur. Yeni dünyada keçmiş qatil əsl qəhrəmana və ədalət keşikçisinə çevrilir. Onu çoxsaylı təhlükələr və sərgüzəştlər gözləyir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Uve Boll
Ssenarist(lər):
Coel Ross
Baş Rollarda:
Dominik Pörsell, Ralitsa Paskalyova
Digər Rollarda:  
Darya Simeonova, Bəşər Rahal, Nikolay Sotirov

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç