Cənab Haynekenin Qaçırılması ( Kidnapping Mr. Heineken 2015 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Böyük Britaniya, Belçika, 18+
Cənab Haynekenin Qaçırılması Kidnapping Mr. Heineken
95 dəq.
az, ru, en
1080p, 720p, 360p
Kriminal Kəskin Triller
9 TvSeans   6.1 IMDb   6.1 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Ekran əsəri real hadisələrə əsaslanır. 1983-cü ildə Amsterdamda yaşayan dörd dost kredit üçün banka müraciət etsələr də, rədd cavabı alırlar. Pula ehtiyacı olan dostlar ən qəti ölçüyə əl atırlar. Dostlar məşhur pivə brendinin yaradıcısı və sahibi Alfred Haynekeni girov götürmək qərarına gəlirlər. Onlar belə bir nüfuzlu iş adamının yoxa çıxmasının böyük qalmaqal yaradacağını yaxşı bilirlər. Ona görə əməliyyat planını hərtərəfli götür-qoy edirlər. Günlərin bir günü öz planlarını həyata keçirib, Haynekeni şəxsi sürücüsü ilə birgə oğurlayırlar. Milyonçunun ailəsi şok keçirir, polis qüvvələri gücləndirilmiş iş rejimində küçələri qarış-qarış axtarır. Bu əsnada cinayətkarlar Alfred və onun sürücüsünü səs keçirməyən otaqlara yerləşdirirlər. Qandallanmış, gecəsi ilə gündüzünü ayıra bilməyən Alfred bu qədər sərvəti elə belə deyil, iti zəkası hesabına toplayıb. Ona görə, azadlığa çıxmaq üçün təlqin bacarıqlarını işə salmalı olur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Deniel Alfredson
Ssenarist(lər):
Peter R. de Vris, Uilyam Brukfild
Baş Rollarda:
Entoni Hopkins, Cim Störcess
Digər Rollarda:  
Rayan Kvonten, David Densik, Sem Uortinqton

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç