“Malefisenta 2”dən İlk Tanıtım Treyleri Yayımlandı!

15 May, 2019

2014-cü ildə premyerası olan “Malefisenta”nın Ancelina Coli (Angelina Jolie) və El Fenninqin (Elle Fanning) iştirakı ilə davam filmi  “Malefisenta 2”dən (Maleficent: Mistress of Evil) tanıtım treyleri yayımlandı.
Yatmış gözəl hekayəsinin mənfi xarakteri olan Malefiz’i bir anti-qəhrəmana çevirən "Malefisenta", 2014-cü ildə premyerası oldu və filmsevərlər tərəfindən maraqla qarşılandı. Xüsusilə Ancelina Colinin (Angelina Jolie) performansı ilə diqqət çəkən film, dünya miqyasında 758.5 milyon dollar kassa gəliri əldə edərək, gözlənilənin üzərinə çıxmağı bacardığına görə, davam filmi çəkilməsi də qaçınılmaz oldu.


Картинки по запросу Elle Fanning

Ancelina Colinin (Angelina Jolie) yenidən Malefiz’ə həyat verəcəyi davam filminin çəkilişlərinə keçən ilin may ayında başlanıldı. "Malefisenta" (Maleficent: Mistress of Evil) adını daşıyan film, bu aralar post-prodakşn mərhələsindədir. Oktyabr ayında filmsevərlərin ixtiyarına veriləcək yeni "Malefisenta" filmi üçün tanıtım işlərinə başlayan Disney, filmdən ilk tanıtım treylerini yayımladı.

Похожее изображение

Ancelina Colinin (Angelina Jolie) yenidən Malefiz xarakteri ilə filmsevərlərin qarşısına çıxacağı filmdə El Fenninq (Elle Fanning) də şahzadə Aurora rolu ilə geri qayıdır. Kon-Tiki və Pirates of the Caribbean: Dead Men Tell No Tales kimi filmlərlə tanınan Joachim Rønning‘in rejissorluğunu üstləndiyi filmin aktyor heyətində Coli Fenninqlə yanaşı, Mişel Pfayffer (Michelle Pfeiffer), Çivetel Eciofor (Chiwetel Ejiofor), Harris Dickinson, Warwick Davis, Ed Skerin, İmelda  Stondon (Imelda Staunton), Lesli Menvil (Lesley Manville), Cuno Templ (Juno Temple) kimi simalar iştirak edir.




Malefiz və Şahzadə Aurora’nın qarmaqarışıq münasibəti inkişaf etməyə davam edərkən, ikili sehrli Moors diyarını təhdid edən yeni təhlükələrlə üzləşməli olacaq. Yayımlanan bu ilk tanıtım treyleri, davam filmində hekayənin keçdiyi kainatın daha dərindən işlənəcəyini və yeni simalar da macəraya daxil olacağını göstərir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər