J.Binoşun "İki Dünya Arasında" Filmindən İlk Kadr Yayımlandı!

14 May, 2019


Kann Film Festivalından mükafatla qayıdan La moustache ilə tanınan Emmanuel Carrère’in Jülyet Binoşlu (Juliette Binoche) yeni filmi "İki Dünya Arasında"dan (Between Two Worlds) ilk kadr yayımlandı.

2005-ci ildə rejissorluğunu üstləndiyi ilk qurma film olan La moustache ilə Kann Film Festivalından mükafatla qayıdan fransız rejissor Emmanuel Carrère, 14 il aradan sonra rejissorluğunu üstləndiyi yeni bir filmlə böyük ekrana geri qayıdır. Carrère’nin yazıb, rejissorluğunu etdiyi "İki Dünya Arasında" (Between Two Worlds), önümüzdəki hafta 72-ci Kann Film Festivalında beynəlxalq sərmayəçilərə təqdim ediləcək.

Картинки по запросу Emmanuel Carrère's

Fransız jurnalist Florence Aubenas‘nın Le Quai de Ouistreham adlı çox satan romanından adaptasiya olunan filmin baş rolunda, son olaraq High Life’da filmsevərlərin qarşısına çıxan peşəkar aktrisa Jülyet Binoş (Juliette Binoche) yer alır. "İki Dünya Arasında" (Between Two Worlds), Fransadakı işçi sinifinin yaşadığı çətinliklərə işıq tutur.

Binoş (Binoche) filmdə iş təhlükəsizliyi mövzusundakı sıxıntıları yaxından təcrübə edə bilmək və hər şeyə öz gözləri ilə şahid olmaq üçün xadimə olaraq işə başlayan məşhur bir yazıçıya həyat verəcək. Bacarıqlı yazıçı, yeni kitabının hazırlıq müddəti üçün girdiyi bu işdə hər qəpiyin önəmli olduğu həyatları yaxından görmək şansı əldə edərək, yeni işində cəmiyyət üçün, sanki görünməz olduğunun fərqinə varacaq. Bütün bunların öhdəsindən gəlməyə çalışarkən, bu yeni həyatda tanış olduğu insanlarla gerçək bağlar qurmağa başlayacaq.

Картинки по запросу Juliette Binoche in Emmanuel Carrère's

Aubenas’nın Fransada hər hansı bir güvən yeri olmadan, sabah nə olacağı naməlum bir şəkildə yaşayan insanların həyatını təsvir edən romanı, yazıçının şəxsi təcrübələrindən izlər daşıyır. George Orwell’in Wigan Liman Yolu – The Road to Wigan Pier romanından ilham alan Aubenas, 2009-cu ildə adi bir işçi kimi hərəkət edərək, bir müddət xadimə olaraq işləmiş, kitabını da buradakı təcrübələrindən yola çıxaraq qələmə almışdı.
"İki Dünya Arasında" (Between Two Worlds) üçün hələ rəsmi bir premyera tarixi açıqlanmamış olsa da, çəkilişləri davam edən filmin 2020-ci ildə premyerası olması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər