Ben Kinqsli və Qay Pirs “Long Gone Heroes”da Bir Araya Gələcəkl

13 May, 2019

Kəskin janrda olan filmin “Long Gone Heroes”un baş rollarına qərar verildi. 1982-ci il istehsalı “Gandhi” ilə Ən Yaxşı Kişi Aktyoru nominasiyasında “Oskar” qazanan peşəkar aktyor Ben Kinqsli (Ben Kingsley) və “Qızıl qlobus” namizədliyi olan, “Emmi” mükafatının sahibi Avstraliyalı aktyor Qay Pirs (Guy Pearce) filmin baş rollarını üstlənəcək.

Картинки по запросу Ben Kingsley, Guy Pearce to Star in Action Movie ‘Long Gone Heroes’

Hekayənin detalları hələ tam olaraq bilinməyən “Long Gone Heroes”, komandası ilə birlikdə müharibə zonasına qayıtmaq məcburiyyətində qalan xüsusi təyinatlı qüvvələrin əsgəri haqqındadır. Ölkəsini, dinini və hətta umidini itirən əsgərin liderlik etdiği komandanın məqsədi, siyasi bir skandala qarışan və keçmiş kolleqaları tərəfindən “ovlanan” bir müxbirin izini tapmaqdır.


Похожее изображение

Filmin rejissoruluğunu, ssenaristliyini və prodüserliyini Santiago Manes Moreno üstlənir. 14 may tarixində başlayacaq 72-ci Kann Film Festivalında alıcı tapmağa çalışacaq olan filmin, prodüser heyətində Ines Mongil-Echandi, Noli Mollakuqe, Jason Moring, Stanley PreschuttiMark Padilla yer alır. Filmin premyera tarixi isə naməlumluğunu qoruyur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər