Helen Mirrenli “Böyük Yekaterina”dan İlk Treyler Yayımlandı!

13 May, 2019

Helen Mirrenin Rusiya tarixinin ən önəmli şəxsiyyətlərindən II Yekaterinaya həyat verdiyi “Böyük Yekaterina” (Catherine the Great) serialından ilk treyler yayımlandı. HBO və Sky ortaqlığında hazırlanan mini-serial payızda tamaşaçıların ixtiyarına veriləcək.

2007-ci ildə II Elizabeti canlandırdığı “Kraliça”(The Queen) ilə, Ən Yaxşı Qadın Aktrisa nominasiyasında “Oskarı”nı qazanan peşəkar aktrisa Helen Mirren, bu il yayımlanacaq “Böyük Yekaterina” (Catherine the Great)  ilə uzun bir fasilənin ardından televiziya dünyasına geri qayıdır. Rusiya tarixinin ən önəmli fiqurlarından olan II Yekaterinanın həyatından bəhs edən “Böyük Yekaterina”(Catherine the Great), bu payızda HBO və Sky ekranlarında tamaşaçılara təqdim olunacaq.



Daha əvvəl Elizabet serialında da Mirren ilə işləyən Nigel Williams‘ın yaradıcısı olduğu serial, Rusiyanın Avropada böyük bir güc halına gəlməsində büyük rol oynayan II. Yekaterinanın son illərinə və Grigory Potemkin ilə yaşadığı ehtiraslı sevgiyə həsr olunub. “Böyük Yekaterina” (Catherine the Great) mini-serialının bu ilin payıznda yayımlanması planlaşdırılır.



Dört seriyadan ibarət serialın aktyor heyətində Mirrenlə yanaşı Ceyson Klark (Jason Clarke), Gina McKee, Rori Kinner (Rory Kinnear), Riçard Roksburq (Richard Roxburgh) və Kevin MakNelli (Kevin McNally) kimi adlar iştirak edirlər. Serialda Ceyson Klark (Jason Clarke), General Grigory Potemkini canlandırarkən, Gina McKee II. Yekaterinanın keçmiş dostu və sirdaşı Kontes Bruce’u canlandırır. Rori Kinner (Rory Kinnear) isə bacarıqlı bir siyasətçi olan Bakan Panin rolu ilə izləyicilərin qarşısına çıxacaq.

Bu payızda əvvəlcə Sky, sonra da HBO ekranlarında izləyicinin ixtiyarına veriləcək “Böyük Yekaterina” (Catherine the Great), Sky və HBO ortaqlığında hazırlanan üçüncü serialdır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər