"Qızıl Moruq" 2019 - Ən Pisləri - Holms&Watson, Donald Tramp

24 Fevral, 2019
Heç bir aktyor və ya rejissor "Qızıl Moruq" mükafatını almaq istəməz. Bu ən azı böyük biyabırçılıqdır. "Qizil Moruq" mükafatı 1981-ci ildə Amerikalı bir publisist John Wilson tərəfindən icad edilmişdir və bu günə gədər bu mükafat Holivudda Kino sahəsində çalışan ən pislərə verilir... Artıq ənənəyə çevrilən bu kino festivalı hər il bir neçə film, rejissor və aktyorlara vəzifələrini səviyyəsiz icra etdiklərinə görə biyabırçı "Qızıl Moruq" mükafatı alırlar və cəmiyyət arasında yerə girillər. Bu il real bir jackpotu Holms&Watson komediyası qazandı - bir anda dörd mükafat qazandı. 

Ən çox sayda mükafat alan Holmes&Watson filmi - ən məşhur İngilis detektivi və onun ortağının hekayəsinin parodiya versiyası topladı. Xüsusilə, bu komediya 2018-ci ilin ən pis filmi və onun rejissoru - Ethan Cohen "Ən pis rejissor" nominasiyasında mükafata layiq görülmüşdür. "Holmes&Watson" filmində Watson rolunu ifa edən aktyor John C. Riley "İkinci Planın Ən Pis Aktyoru" kateqoriyasında "Qızıl Moruq"a nail oldu. O ki qaldı tənqidçilərə - onlar bu komediyanı heç sevmədilər və Rotten Tomatoes web saytında filmə cəmi10% reytinq verdilər.



Birdən birə üç mükafata - 45-ci ABŞ prezidenti Donald Trumpın siyasi rejimini tənqid edən Michael Moore tərəfindən çəkilən "Fahrenheit 11/9"(Fahrenheit 11/9) filmini nail oldu. Film Donald Tramp hakimiyyətinin ilk ilinin hadisələri haqqında məlumat verir: Parkland şəhərindəki məktəbdə çəkiliş, Flint şəhərindəki su böhranı və digərləri. Beləliklə Donald Tramp "Ən Pis Aktyor" və "Ən Pis Ekran Dueti" nominasiyalarında layiqli "Qızıl Moruq" mükafatını qazandı.
2018-ci il nominasiyasında - "Bir Millətin Ölümü"(Death of a Nation) adlı bir filmdə araya çıxdı. Bu filmdə də ABŞ Prezidenti Donald Tramp rol alıb. Bu filmə görə də "Qızıl Moruq" təşkilatçıları Trump-a və onun "tükənməz zəifliyinə" mükafat verdilər. Doğrudanda Tramp bu filmdə rolunu həttə ABŞ Prezidenti vəzifəsində də zəyif icra edirdi. 



2018-ci ildə ən pis ssenarinin mükafatı erotik melodrama "Azadlığın Əlli Çalarları"(Fifty Shades Freed)  və "Ən pis aktrisa" kateqoriyasında "Məzə Qatili"(The Happytime Murders) və "Əyləncə Həyatı"(Life of the Party) adlı iki filmdə rol alan Melissa McCarthy mükafatına layiq görülmüşdür.

İndi isə Qaliblərin elan edək:
 


ƏN PİS TƏSVİR:

    Holms & Vatson (Holmes & Watson)
    Qotti (Gotti)
    Məzə Qatili (The Happitime Murders)
    Robin Qud (Robin Hood)
    Vinçester (Winchester)

ƏN PİS AKTRİSA

    Melissa McCarthy,Məzə Qatili (The Happitime Murders) və Əyləncə Həyatı (Life of the Party)
    Jennifer Garner,Nanə (Peppermint) - TVSEANS.com da ən çox baxılan filmlərdən biri
    Amber Heard, London Çölləri (London Fields)
    Helen Mirren, Vinçester (Winchester)
    Amanda Seyfrid, Klapper (The Clapper)

ƏN PİS AKTYOR

    Donald J. Trump, Bir Millətin Ölümü (Death of a Nation) və Farenqeyt 11/9 (Fahrenheit 11/9 )
    Johnny Depp (səs), Şerlok Holms (Sherlock Gnomes)
    Will Ferrell, Holms&Vatson (Holmes&Watson)
    John Travolta, Qotti (Gotti)
    Bruce Willis, Ölüm Arzusu (Death Wish)

ƏN PİS İKİNCİ PLAN AKTRİSASI

    Kellyan Conway, Farenqeyt 11/9 (Fahrenheit 11/9 )
    Marcia Gay Harden, Azadlığın Əlli Çalarları (Fifty Shades Freed)
    Kelly Preston, Qotti (Gotti)
    Jaz Sinclair, İncə Adam (Slender Man)
    Melania Trump (özü kimi), Farenqeyt 11/9 (Fahrenheit 11/9 )

ƏN PİS İKİNCİ PLAN AKTYORU

    John C. Reilly, Holms&Vatson (Holmes&Watson)
    Jamie Foxx, Robin Qud (Robin Hood)
    Ludacris (səs), İtləri Göstər (Show Dogs)
    Joel McHale, Məzə Qatili (The Happitime Murders)
    Justice Smith, Yura Dövrü: Batmış Krallıq (Jurassic World: Fallen Kingdom)

ƏN PİS REJİSSOR

    Etan Cohen, Holms&Vatson (Holmes&Watson)
    Kevin Connolly, Qotti (Gotti)
    James Foley, Azadlığın Əlli Çalarları (Fifty Shades Freed)
    Brian Henson, Məzə Qatili (The Happitime Murders)
    The Spierig Brothers (Michael və Peter), Vinçester (Winchester)

ƏN PİS SSENARİ

    Azadlığın Əlli Çalarları (Fifty Shades Freed)
    Bir Millətin Ölümü (Death of a Nation)
    Qotti (Gotti)
    Məzə Qatili (The Happitime Murders)
    Vinçester (Winchester)

Mənbə: The Razziies
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər