"Yabanı Kəklikotu"nun Baş Rolunda Ceymi Dornan Oynayacaq!

08 May, 2019

MoonstruckDoubt’ın “Oskar” mükafatlı ssenaristi Con Patrik Şenlinin (John Patrick Shanley) yazıb, rejissorluğunu edəcəyi "Yabanı Kəklikotu" (Wild Mountain Thyme) filminin baş rollarını Ceymi Dornan (Jamie Dornan) və Hollidey Qreyncer (Holliday Grainger) üstlənəcək.
1988-ci ildə Moonstruck ilə Ən Yaxşı Orijinal Ssenari üzrə “Oskarı”nı qazanan ssenarist və teatr yazıçısı Con Patrik Şenli (John Patrick Shanley), sonrakı illərdə ortaya qoyduğu işlərlə eyni uğuru əldə edə bilməmış olsa da, 2008-ci ildə Doubt ilə  yenidən gündəmdə olmağı bacarmışdı. Şenlinin özünün teatr tamaşasından adaptasiya etdiyi Doubt; Meril Strip (Meryl Streep), Philip Seymour Hoffman, Emi Adams (Amy Adams) və Viola Devisin (Viola Davis) performanslarıyla diqqət çəkmiş və Şenliyə 2-ci “Oskar” namizədliyini qazandırmışdı.

Картинки по запросу Jamie Dornan & Holliday Grainger To Star In John Patrick Shanley’s ‘Wild Mountain Thyme’

Doubt’tan sonra uzun müddət film dünyasından uzaq qalan Şenli, "Yabanı Kəklikotu" (Wild Mountain Thym) ilə böyük ekrana geri qayıtmağa hazırlaşır. Şenlinin 2014-cü ildə Broadway’də səhnələnən Outside Mullingar adlı tamaşasından adaptasiya olunan film üçün hazırlıqların sürət qazanması ilə birlikdə, baş rollarda yer alacaq adlar da məlum oldu. Shanley’nin yazıb, rejissorluğunu edəcəyi "Yabanı Kəklikotu"nun (Wild Mountain Thym) baş rollarını The Fall serialı ilə diqqət çəkdikdən sonra Fifty Shades filmlərində Christian Grey’i canlandıran Ceymi Dornan (Jamie Dornan) və The Tudors serialı ilə məşhurlaşdıqdan sonra Cinderella, Tulip Fever və Tell It to the Bees kimi filmlərdə rol alan Hollidey Qreyncer (Holliday Grainger) üstlənəcək.



Adını İrlandiya xalq musiqisinin ən bilinən nümunələrindən "Yabanı Kəklikotu"dan (Wild Mountain Thym) alan film, İrlandiyada baş verir və ailələri bir-birlərinə düşmən olan taleysiz aşiqlərin hekayəsini danışır.

Deadline’ın xəbərinə görə prodakşn hazırlıqlarına bu yay İrlandiyada və Nyu-Yorkda başlanacaq olan film, 72-ci Kann Film Festivalında beynəlxalq sərmayəçilərə dəstək axtaracaq. Filmin nə vaxt premyerasının olacağı isə hələlik məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər