C.Deppin “Barbarları Gözləyərkən” Filmindən İlk Kadr Üzə Çıxdı!

08 May, 2019


Conni Depp (Johnny Depp), Robert Pattison (Robert Pattinson) və Mark Raylens (Mark Rylance) baş rollarını üstləndiyi, J.M. Coetzee’nin eyniadlı romanından filmə adaptasiya olunan “Barbarları Gözləyərkən”dən (Waiting for the Barbarians) ilk kadr yayımlandı.

J.M. Coetzee‘nin 1980-ci ildə oxucuların ixtiyarına verdiyi romanı “Barbarları Gözləyərkən” (Waiting for the Barbarians), imperatorluğu təhlükə altına salmaq üçün hərəkətə keçən, geniş torpaqlara yayılmış bir imperatorluğun ən ucqar bölgədə yaşayan Barbarlarla onları sakitləşdirmək üçün göndərilən polkovnik və əmrindəki insanların qarşı-qarşıya gəlməsini mövzü edir. Hadisələrin xəyali bir imperatorluqda baş verdiyi roman, 1970-ci illər Cənubi Afrikanın sosial və siyasi yaşamından bəhs edir. Romandakı hadisələr, o bölgədə vəzifə alan Sülh Hakiminin gözü ilə oxucuya nəql edilir.

Картинки по запросу Waiting for the Barbarians Image: First Look at Johnny Depp as Colonial Oppressor

Ədəbiyyat tarixinin unudulmaz əsərləri arasında yer alan roman, “Barbarları Gözləyərkən” (Waiting for the Barbarians) film adaptasiyası ilə qarşımıza çıxır. Həm də mükəmməl bir prodüser komandası və aktyor heyəti ilə. 2016-ci ildə Xarici Dildə Ən Yaxşı Film nominasiyasında “Oskar”a namizəd olan Embrace of the Serpent və Kolumbiya narkotik ticarətinin kökünə enən Birds of Passage filmləri ilə yaddaşlara həkk olunan Siro Gerra (Ciro Guerra), “Barbarları Gözləyərkən”in (Waiting for the Barbarians) rejissor kürsüsündə oturur.

Похожее изображение

Filmin baş rollarında ən son "Fantastik Məxluqlar: Qrin-de-Valdın Cinayətləri"ndə (Fantastic Beasts: The Crimes of Grindelwald) izlədiyimiz Conni Depp (Johnny Depp), "Casus Körpüsü" (Bridge of Spies) filmindəki performansıyla “Oskar” qazanan Mark Raylens (Mark Rylance) və bu aralar High life filmindəki performansıyla çox diqqət çəkən Robert Pattinson yer alır. Bu üçlü ilə yanaşı filmdə,  David Densik (David Dencik), Harry Melling, Greta ScacchiSam Reid kimi aktyorlar iştirak edir.

Картинки по запросу mark rylance

Filmdə Conni Depp (Johnny Depp), barbarları tutmaq üçün xalqa işgəncə verən polkovnik Joll’u canlandırarkən, Robert Pattinson barbarlarla görüşdüyü üçün xəyanətlə ittiham edildikdən sonra Sülh Hakiminin yerine gələn məmura həyat verir. Mark Raylens (Mark Rylance) isə Sülh Hakimi olaraq filmdə varlıq göstərir. Çəkilişləri Şimali Afrika və Avropada tamamlanan filmin premyera tarixi hələ açıqlanmayıb.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər