“Kral Şir” (The Lion King) Animasiyasından Yeni Treyler Yayımlandı!

12 Aprel, 2019

Bütün vaxtların ən sevilən animasiya filmlərindən “Kral Şir”in (The Lion King) 19 iyulda premyerası gözlənilir. Yeni filmdən ilk uzunmetrajlı treyler yayımlandı.

Son vaxtlarda Cinderella, The Jungle Book"Gözəl və Bədheybət" (Beauty and the Beast) kimi sevilən animasiya filmlərinin yeni versiyalarını çəkən Disney, yeni versiyalara bir yenisini daha əlavə edir. 1994-cü ildə premyerası olan və bütün vaxtların ən yaxşı animasiya filmləri arasında yer alan “Kral Şir”in (The Liong King) yenidən çəkilən filmi bu yay filmsevərlərin ixtiyarına veriləcək.

Картинки по запросу lion king 2019

2016-ci il istehsalı digər Disney filmi olan The Jungle Book’la yaxşı iş ortaya çıxaran Con Favronun (Jon Favreau) rejissorluğunu üstləndiyi filmin ssenarisi Ceff Natansona (Jeff Nathanson) aiddir. Əmisinin xəyanətinə uğramasıyla bağlı gerçəkləri öyrənməsinin ardından, Pride Rock’dakı haqqını geri almaq üçün qayıdan Simba’nın hekayəsini danışacaq filmin, səsləndirmə aktyor heyətində Donald Glover, Set Roqen (Seth Rogen), Çivetel Eciofor (Chiwetel Ejiofor), Keegan-Michael Key, Beyoncé, Billy Eichner, John Oliver, Eric André və 1994-cü il istehsalı orijinal filmdə olduğu kimi Mufasa’yı səsləndirəcək Ceyms Erl Cons (James Earl Jones) kimi adlar yer alır.




“Kral Şir” (The Lion King), Disney’in bu il premyerası olacaq tək yeni versiyada çəkilən filmi deyil. Marvel"Ulduz müharibələri" (Star Wars) filmləri ilə yanaşı klassikləşmiş animasiyaların yeni versiyaları ilə də kassada böyük uğur əldə edən studiya, bu il həmdə Dumbo"Ələddin" (Aladdin) filminin yeni versiyaları ilə də filmsevərlərin qarşısına çıxacaq.

Картинки по запросу lion king 2019

Ancaq “Kral Şir”in (The Lion King), bütün vaxtların ən sevilən animasiya filmləri arasında yer alması və xüsusilə uşaqlıq illəri 90-cı illərə təsadüf edən filmsevərlərin ürəyində ayrı bir yerə sahib olması ilə, studiyanın bu ilki ən iddialı proyektləri arasında yer alır.

“Kral Şir” (The Lion King) animasiya filminin 19 iyul 2019-cu ildə premyerası gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər