"Bond 25" Filminin Çəkilişləri Norveçdə Başladı!

03 Aprel, 2019

Deniel Kreyqi (Daniel Craig) son dəfə Ceyms Bond (James Bond) olaraq izləyici qarşısına çıxacağı “Bond 25” filminin çəkilməyə başlandığı haqda məlumat verildi. Bu xəbər isə bir video vasitəsilə həyata keçirildi. Videoya görə, "Bond 25"in çəkilişləri Norveçdə gerçəkləşir.

Haqqında bir çox şaiyələr çıxan və hələ adı məlum olmayan Ceyms Bondun (James Bond) filmi "Bond 25"in çəkilişlərinin başladığı qeyd edildi. Paylaşılan bir videoya görə Deniel Kreyqi (Daniel Craig) son dəfə Ceyms Bond olaraq izləyəcəyimiz filmin çəkilişləri Norveçdə başlayıb.




Bundan əlavə videoda pis adamın da göründüyü qeyd edilir. Üzündə bir maska olduğunu görə bildiyimiz sirli, pis adamı kimin canlandırdığı hələ bilinənlər arasında yer almır. Osloda qarlar içində başlayan çəkilişlərdə görüntülənən maskalı və yaralı adamın, bir qızı təqib etməyə çalışdığı görünür. Bu sirli üz üçün edilən təxminlər arasında Ralf Faynsın (Ralph Fiennes) M xarakteri də yer alır. Bundan əlavə həmin səhnənin flashback olduğu da deyilir.


Картинки по запросу bond 25 news

"Bond 25"in aktyor heyətində baş rolda yer alan Deniel Kreyqlə (Daniel Craig) yanaşı, Eşqin Algoritması, Böyük Budapeşte Oteli, The Lobster kimi filmlərin bacarıqlı aktyoru Lea Seydu (Lea Seydoux) Harry Potter seriyasında Voldemort olaraq izlədiyimiz, The Constant Gardner, "Şindlerin siyahısı" (Schindler's List), Coriolanus kimi filmlərin ulduz aktyoru olan və Böyük Budapeşte Otelində Lea Seyduya (Lea Seydoux) tərəf-müqabili olan Ralf Faynsın (Ralph Fiennes): Moonlight, 28 Days Later, "Rempeyc" (Rampage) kimi filmlərdən tanıdığımız Naomi HarrisParfume: The Story of A Murderer, The Lobster, "Paddinqtonun macəraları" (Paddington), London Spy kimi proyektlərin bəyənilərək izlənilən aktyoru Ben Uişou (Ben Whishaw); "İmitasiya oyunu" (The Imitation Game), Penny Dreadful kimi proyektlərdə izləmək imkanı tapdığımız Rori Kinner (Rory Kinnear) və Jose Alfredo Fernandez yer alır.




Ssenarisinin təkrar yazıldığı və eyni anda çəkilişlərinə də başlanan filmin rejissor kürsüsündə Keri Fukunaqanın (Cary Fukunaga) oturduğu filmdə, ssenari dəyişikliyi üçün Neil PurvisRobert Ueydin (Robert Wade) ssenarisini yenidən yazmaq üzrə Skott Z. Börnsə (Scott Z. Burns) təlimat verilmişdi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər