T.Henksin Elvis Preslinin Bioqrafik Filmində Rol Alması Gözlənilir!

01 Aprel, 2019

Elvis Preslinin (Elvis Presley) bioqrafiyası ilə bağlı filmə qatılan ilk aktyor məlum oldu. Məşhur rejissor Baz Lurmanın (Baz Luhrman) yeni proyekti rəsmi olaraq açıqlandı. Bir dövrün əfsanələşmiş, unudulmaz musiqiçisi Elvis Preslinin (Elvis Presley) həyatından bəhs edəcək bioqrafik filmin aktyor heyətinə qatılan ilk sima açıqlandı. Bu aktyor isə “Oskar” mükafatının sahibi Tom Henks (Tom Hanks) oldu. Elvis Presli rolu üçünsə tanınmamış bir aktyorla işləmək istəyən Baz Lurmanın (Baz Luhrman), Preslini canlandırması üçün yeni simalarla görüşdüyünü qeyd edək.

"Yeni həyat", Forrest Gump, Big, Mr. Banks, Post (The Post), Saving Mr. Banks kimi filmlərin ulduz aktyoru Tom Henkslə (Tom Hanks), bioqrafik filmdə rol alması üçün razılığa gəlindi.
Hələ adı məlum olmayan film, əfsanəvi müsiqiçi Elvis Preslinin (Elvis Presley) həyatından bəhs edəcək.
Tom Henks (Tom Hanks) isə bu filmdə Preslinin prodüseri Tom Parkeri canlandıracaq. Tom Henksin (Tom Hanks) daha əvvəl də bir çox məşhur simaların bioqrafik filmlərində rol aldığını bilirik.

Картинки по запросу Тому Хэнкс elvis presli

Hələ adı məlum olmayan filmin rejissor kürsüsündə isə Böyük Getsbi (The Great Gatsby), Moulin Rouge, Romeo və Cülyetta (Romeo and Juliet) kimi proyektlərin rejissoru Baz Lurman (Baz Luhrman) oturur. Strictly Ballroom filmi ilə film dünyasına addım atan və Moulin Rouge! ilə daha böyük uğura imza atan Baz Lurman (Baz Luhrman), filmlərində istifadə etdiyi möhtəşəm musiqi seçimlərilə və klassik-modern tərzləri birləşdirmək bacarığı ilə yaddaşlarda qalıb. Ən son 2013-cü ildə Böyük Getsbi (The Great Gatsby) filmini çəkən rejissor, beş illik susqunluğunu, rock’n’roll musiqisinin əfsana siması Elvis Preslidən bəhs edən yeni filmi ilə pozmağa hazırlaşır.




 Baz Lurmanın (Baz Luhrman) rejissoru olacak film, Elvis Preslinin (Elvis Presley) həyatının müəyyən bir hissəsinə, dövrünə həsr olunacaq. Prodüser Tom Parkerin (Tom Parker) Elvis Preslini (Elvis Presley) kəşf etməsindən sonra Preslinin həyatında baş verən dəyişikliklərdən bəhs edəcək film, Parkerin musiqiçinin həyatına girməsini, Preslinin RCA ilə müqaviləsini və karyerasının inkişaf yolunu əsas götürəcək.




Bilindiyi kimi Parker, 21 il Presliyə prodüserlik etmiş və onu milyon dollarlıq bir musiqiçi halına gətirmişdi. Digər yandan Baz Lurman  ilə bərabər, rejissorun bütün filmlərində yer alan Kreyq Pirs (Craig Pearce), mövzusu ilə həyəcanlandıran filmin ssenarisini qələmə alacaq. Rock’n’roll dünyasında əyləncəli bir yola çıxa biləcəyimiz filmin gözləniləni nə dərəcədə qarşılayacağı böyük maraq doğurur.


Картинки по запросу Тому Хэнкс elvis presli

Baz Lurmanın , daha əvvəl bu tərz proyektlərdə ortaya qoyduğu iş, proyektlə bağlı ümidlərimizi artırır. Filmin aktyor heyətində yer alacaq olan digər aktyorlar hələ məlum deyil.  Baz Lurmanın  rejissoru olduğu Elvis Presli filmi üçün hazırlıqlara başlanılıb.
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər