Ancelina Coli Marvel Studiyasının Filmində Rol Ala Bilər!

30 Mart, 2019

Ancelina Coli (Angelina Jolie), Marvel film kainatında yer alacaq “Ölməzlər” (The Eternals) filmində rol ala bilər. The Rider filmi ilə tərif toplayan Kloi Zaonun (Chloé Zhao) rejissorluq etdiyi filmin 2020-ci ildə premyerası gözlənilir.

Gələn ay premyerası olacaq "Qisasçılar: Final" (Avengers: Endgame) ilə film kainatında bir dövrü bağlamağa hazırlanan Marvel, Endgame’dən sonra gələcək filmlər haqqında çox detal verməsə də “Ölməzlər”in (The Eternals) bu filmlər arasında yer alacağı bilinir. Keçən il premyerası olan The Rider ilə bəyənilən Kloi Zaonun (Chloé Zhao) rejissorluq edəcəyi “Ölməzlər” (The Eternals) filmi üçün hazırlıqlar davam edərkən, filmin baş rollarını üstlənəcək simalarla bağlı ilk detallar ortaya çıxmağa başladı.



Collider’ın xəbərinə görə Marvel studiyası, filmdə ana xarakterlərdən birini canlandırması üçün “Oskar” mükafatının sahibi aktrisa Ancelina Coli (Angelina Jolie) ilə görüşür. Bu aralar "Malifisenta 2" (Maleficent: Mistress of Evil) çəkilişləri ilə məşğul olan Colinin razılaşma əsnasında olduğu, hansı xarakterə həyat verəcəyi isə hələlik tam məlum deyil.

Kloi Zaonun (Chloé Zhao’) rejissoru olacağı “Ölməzlər”in (The Eternals) 2020-ci ildə premyerası gözlənilir.


Картинки по запросу The Eternals

Matthew K. FirpoRyan Firpo’nun ssenarisni qələmə aldığı film, günümüzdən milyonlarca il əvvəldə keçəcək və Celestials adlı kosmik varlıqların, insanlar üzərində təcrübə aparması nəticəsində ortaya çıxan süper güclü insanların hekayəsini danışacaq.


lfyq5pbi3mrzs3odq9h9

Hələ rəsmi premyera tarixi açıqlanmamış olsa da, çəkilişlərinə avqust ayında başlanacaq “Ölməzlər” (The Eternals) filminin 2020-ci ildə premyerası olacaq. Digər yandan filmdə yer alacaq xarakterlərin 2020-ci ildən əvəl çıxacaq Marvel filmlərində yer ala biləcəyi danışılır. Hətta "Qisasçılar: Final"da (Avengers: Endgame) bu xarakterlərindən bir neçəsini görə biləcəyimiz iddia edilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər