Maykl B. Cordan “Mafusail” Filminin Baş Rolunda Yer Alacaq!

28 Mart, 2019

“Krid” (Creed) və “Qara Bəbir” (Black Panther) filmləri ilə tanınan Maykl B. Cordan  (Michael B. Jordan), Nuh’un babası və dünyanın ən yaşlı insanı qəbul edilən “Mafusail” (Methuselah) haqqında filmin baş rolunda oynayacaq.

Bundan bir neçə il əvvəl Warner Bros., Nuh’un babası və dünyanın ən yaşlı insanı olaraq qəbul edilən Mafusail (Methuselah) haqqında bir film çəkmək üçün hərəkətə keçmiş, filmin baş rolunda yer alması üçün məşhur aktyor Tom Kruzla (Tom Cruise) razılaşmışdı. Hətta  "Born" (Bourne) seriyası və "Qaçaq 1: Ulduz müharibələri tarixi"nin (Rogue One: A Star Wars Story) ssenaristlərindən Toni Gilroyun (Tony Gilroy), filmin ssenarisini yazacağı haqda şaiyələr ortaya çıxmışdı.


Картинки по запросу Methuselah film

Ancaq aradan uzun vaxt keçməsinə baxmayaraq, proyekt üçün dəqiq addımlar atılmadı və Tom Kruzun (Tom Cruise) filmdə yer almama ehtimalı yüksəldi. Tam da proyektin təxirə salındığını düşündüyümüz vaxtda, proyektlə bağlı diqqətçəkici xəbər gündəmə düşdü.

Картинки по запросу Methuselah film

Deadline‘ın xəbərinə görə Warner Bros.’un “Mafusail” (Methuselah) proyekti, axtarılan baş rol aktyorunu sonunda tapa bildi. “Krid” (Creed) və “Qara Bəbir” (Black Panther) filmləri ilə son vaxtların ən uğurlu aktyorlarından Maykl B. Cordan  (Michael B. Jordan), filmin baş rolunda yer alacaq.

Filmdə Maykl B. Cordan (Michael B. Jordan); birdən çox dil bilən, həyatda qalma bacarağı yüksək və geniş bir intellektə sahib olub, 400 ildən çox bir müddətdə həyatda qalmağı bacaran bir xarakter olaraq qarşımıza çıxacaq. Film, xristianlığın simvol adlarından birinin hekayəsini danışacaq. Mafusail bildiyimiz kimi “İncil”də yeri olan bir addır. Filmin adı “İncil”də adı çəkilən adla eyni olsa da, hekayəsinin modernləşdirildiyi qeyd edilir. Baş rolda yer alan xarakter yüz illərdir yaşamış olmasına rəğmən fiziki olaraq qocalmayan bir adamdır. Yüz illərdir topladığı biliyi ilə yanaşı, bir çox bilgi və dil biliyinə sahibdir.


Похожее изображение

Warner Bros.’un Mafusail xarakterinin fərqli bir tərzdə yazılacaq filmin ssenarisini, Deadfall24 Hours to Live filmlərinin ssenaristi Zak Din (Zach Dean) qələmə alacaq. Rejissoru hələ məlum olmayan film, artıq mövzusu ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər