“X-Adamlar: Qaranlıq Feniks”in (Dark Phoenix) Treyleri Çıxdı!

28 Fevral, 2019


“X-Adamlar” komikslərinin ən sevilən hekayələrindən birinin filminin yeni fraqmenti yayımlandı. Filmin bu ilin 7 iyunda premyerası gözlənilir.
2011-ci ildə premyerası olan “X-Adamlar: Birinci Dərəcə” ilə başlayan yeni X-Adamlar film seriyasının 4-cü filmi olan “Qaranlıq Feniks” (Dark Phoenix), bu il kinosevərlərin ixtiyarına veriləcək.

"X-Adamlar" filmlər seriyası Marvel Comics super qəhrəman komandasının eyni adlı super qəhrəmanlarından ibarətdir. Filmin əsas diqqət çəkən rolları Volverin (Hyu Cekman), Professor Xavier (Patrik Stüart və Ceyms MakEvoy) və Maqneto (Yan MakKellen və Maykl Fassbender) obrazlarıdır. Filmdə Xavier və Maqneto arasındakı münaqişəyə Volverinin cəlb olunması, mutantlarla insanların əlaqələri üzərində olan fikirlər əks olunur. Xavier insanlarla mutantların bir yerdə ola biləcəyinə inanır, ancaq Maqneto mutantların insanlıq üzərində hakim olacağını hesab edir. Filmin altsahələri "Weapon X" və “Qaranlıq Feniks” (Dark Phoenix) obrazları əsasında genişləndirilib.

Картинки по запросу the new x men dark phoenix

2016-cı ildə premyerası olan “X-Adamlar: Apokalipsis” ilə seriyaya daxil olan Cina Qrey (Jean Grey), komikslərdə olduğu kimi filmdə də “Qaranlıq Feniks” (Dark Phoenix) hekayəsinin mərkəzində yer alır. Phoenix Force olarak bilinən kosmik bir varlığın təsiri ilə qarşısı alınmaz bir gücə qovuşan olan Cina Qreyin “Magneto”nun da təsiri ilə Qaranlıq Feniksə çevrilməsi, X-Adamları öz qruplarından biri ilə mübarizə aparmağa məcbur edəcək. “X–Adamlar: Gələcəkdən Keçmişə”  və “X–Adamlar: Apokalipsis”in ssenaristi olan Saymon Kinberq (Simon Kinberg), “Qaranlıq Feniks”in də ssenarisini yazacaq. Kinberq həmçinin Dark Phoenix ilə ilk dəfə rejissor kürsüsünə oturacaq.



Ceyms MarsdenMaykl FassbenderCennifer Lourens, Sofi Törner (Sophie Turner), Nikolas Holt, Tye Sheridan, Evan Peters, Kodi Smit-McPhee və Aleksandra Şippin (Alexandra Shipp) öncəki filmlərdəki rolları ilə geri dönəcəyi filmin pis rolda olan qəhrəmanını  Cessika Çesteyn (Jessica Chastain) canlandırır.
“20th Century Fox”u satan alan “Disney”in mövcüd X-Adamlar seriyalarının sonlandırması gözlənir. Bu da Dark Phoenix’in First Class ilə başlayan seriyalarının son filmi olacağı anlamına gəlir.

“X-Adamlar: Qaranlıq Feniks” (X-Men: Dark Phoenix) filminden yayımlanan yeni treyler:



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər