“Transilvaniya Oteli”nin Dördüncü Hissəsi Çıxacaq!

27 Fevral, 2019


“Transilvaniya oteli” populyar animasiya layihəsinin dördüncü hissəsinin premyera tarixi müəyyənləşdi. Bu hekayənin süjeti, yaşından asılı olmayaraq, bütün insanlar arasında sevilir və izlənilir. Layihənin buraxılış tarixi 2021-ci il dekabrın 22-nə planlaşdırılır. Əlbəttə ki, animasiya azarkeşləri gözləmək məcburiyyətində qalacaqlar, amma bunun üçün tamaşaçıları yalnız süjeti ilə deyil, ümumiyyətlə atmosferi ilə fəth edən çox maraqlı bir cizgi filminin davamını görəcəksiniz. Yeni hissə öz sevimli qəhrəmanlarının növbəti macəralarını nümayiş etdirəcək.


Кадр из мультфильма "Монстры на каникулах"


Layihənin ilk hissəsi 2012-ci ildə nümayiş olundu və dərhal həm tənqidçilər, həm də adi tamaşaçılardan tərəfindən yüksək qiymətləndirildi. Uşaqlar xüsusilə bu hekayəni sevdilər, çünki hər kəs məşhur vampirləri sevir. “Transilvaniya oteli”də onlar öz ənənələri və vərdişləri olan adi vətəndaşlar kimi göstərilir. Animasiyanın birinci hissəsinin büdcəsi 85 milyon dollar təşkil edirdi. Eyni zamanda yalnız ABŞ-da film təxminən 148 milyon dollarlıq kassa gəliri əldə etmişdi. Bu yaxşı nəticə sonradan davamının çəkilməsinə şərait yaratdı. Ümumilikdə, layihənin ilk hissəsi olan  “Transilvaniya oteli", 2012-ci ilin ən böyük kommersiya uğuru qazanan layihələrindən biri hesab edilir.

Кадр из мультфильма "Монстры на каникулах"

Kinoteatrlarda bir neçə ay getdikdən sonra, DVD satışa çıxdı və 45 milyon dollar gəlir əldə etdi. 2015-ci ilin sentyabrında “Transilvaniya oteli” animasiya filminin ikinci hissəsinin premyerası oldu və dünya miqyasında 473 milyon dollar qazanmağı bacardı. Bu hissənin büdcəsi isə 80 milyon dollara başa gəlmişdi. 2016-cı ilin sonunda yaradıcılar animasiya layihəsinin üçüncü hissəsinin yaradılmasını elan etdilər və sevimli qəhrəmanları səsləndirənlər arasında populyar ulduzlar Adam Sendler, Selena Qomesin, Stiv Buşemi, Kevin Ceyms, Genndi Tartakovskinində olacağını vurğuladılar. “Transilvaniya 3: Yay tətili”nin premyerası 2018-ci ilin iyulunda baş tutdu. Filmin büdcəsi təxminən 60 milyon olub və bu büdcənin müəyyən hissəsi reklam kampaniyasına xərclənib.


Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər