Siqurni Uiver “Kabus ovçuları” Filmində Rol Alacağını Açıqladı!

12 Iyun, 2019


“Kabus ovçuları” (Ghostbusters)
filmlərində Dana Barrett’i canlandıran Siqurni Uiver (Sigourney Weaver), Ceyson Raytmanın (Jason Reitman) yazıb, rejissoru olacağı yeni “Kabus ovçuları” (Ghostbusters) filmində rol alacağını açıqlarkən; Bill Mürrey (Bill Murray), Den Eykryod (Dan Aykroyd)Erni Hadsonun (Ernie Hudson) da filmdə yer alacağını düşündürən açıqlamalar verdilər.

1980-ci illərin ən sevilən film seriyaları arasında yer alan “Kabus ovçuları” (Ghostbusters), Ceyson Raytmanın (Jason Reitman) öncülüyündə böyük ekrana geri qayıdır. JunoUp in the Air kimi filmlərlə tanınan, eyni zamanda orijinal “Kabus ovçuları” (Ghostbusters) filmlərinin rejissoru Ivan Reitman’ın oğlu olan Ceyson Raytmanın (Jason Reitman), orijinal seriyayı davam etdirəcəyi deyilən, yeni “Kabus ovçuları” (Ghostbusters) filmini yazıb, rejissorluq edəcək. Baş rollarını Carrie Coon, Finn WolfhardMakKenna Qreysin (Mckenna Grace) üstlənəcəyi filmin çəkilişlərinə bu yay başlanacaq.

Картинки по запросу Sigourney Weaver Confirms She’s Reprising the Role of Dana Barrett in Jason Reitman’s ‘Ghostbusters’!

Hələ rəsmi bir açıqlama verilməmiş olsa da, Bill Mürrey (Bill Murray), Den Eykryod (Dan Aykroyd) Erni Hadsonun (Ernie Hudson) da proyektdə yer alması gözlənilir. İlk iki “Kabus ovçuları” (Ghostbusters) filmində Dana Barrett rolu ilə filmsevərlərin qarşısına çıxan Siqurni Uiverin (Sigourney Weaver) ötən günlərdə verdiyi açıqlamalar da orijinal komandanın yeni filmdə yer alacağı yönündəki iddiaları doğrulayır.

Картинки по запросу Sigourney Weaver Confirms She’s Reprising the Role of Dana Barrett in Jason Reitman’s ‘Ghostbusters’!

Parade’e danışan Siqurni Uiver (Sigourney Weaver), yeni “Kabus ovçuları” (Ghostbusters) filmində rol alacağını açıqlarkən, köhnə komanda ilə yenidən çalışacağı üçün həyecanlı olduğunu qeyd edərkən, Bill Mürrey (Bill Murray), Den Eykryod (Dan Aykroyd)Erni Hadsonun (Ernie Hudson) da filmdə yer alacağını doğrulamış oldu.

Ceyson Raytmanın (Jason Reitman) ssenarisini Gil Kinan (Gil Kenan) ilə birlikdə qələmə aldığı filmin sinopsisi belədir: Kiçik bir qəsəbəyə köçən bir ailə, qısa müddət sonra özləri haqqında heç bilmədikləri gerçəkləri kəşf edəcək. Çəkilişlərinə qısa müddət sonra başlanması planlanan yeni “Kabus ovçuları” (Ghostbusters) filminin, 10 iyun 2020-ci ildə premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər