Terrens Malik Yeni Filmi "Axırıncı Planet’in Çəkilişlərinə Başladı!

11 Iyun, 2019

Son filmi "A Hidden Life"ı, 72-ci Kann Film Festivalında filmsevərlərin ixtiyarına verən Terrens Malik (Terrence Malick), yeni filmi "Axırıncı Planet’in (The Last Planet) çəkilişlərinə başladı.

Bu aralar, dünya premyerasını 72-ci Kann Film Festivalında edən, son filmi A Hidden Life ilə tez-tez adını eşitdiyimiz peşəkar rejissor Terrens Malik (Terrence Malick), vaxt itirmədən bir sonrakı filmi üçün hazırlıqlara başladı. Təxminən üç ildir üstündə çalışdığı A Hidden Life’ın filmsevərlərə təqdim edilməsinin ardından bir sonraki proyektinə keçən Malik, "Axırıncı Planet’ (The Last Planet) adını daşıyan yeni filminin çəkilişlərinə başladı.

Картинки по запросу Terrence Malick Begins Shooting New Film ‘The Last Planet’

İtaliya mətbuatında yer alan xəbərlərə görə Malik, Roma’nın cənubunda yerləşən Anzio’da yeni filminin çəkilişlərinə başlamış vəziyyətdədir. Üstəlik çəkilişlərin bir neçə həftədir davam etdiyi qeyd olunur. "Axırıncı Planet’ (The Last Planet), İncil’dəki bəzi hissələri böyük ekrana daşıyacaq!



Malikin yeni filmi haqqında bilinənlər olduqca az olsa da, filmin İncil’dəki hekayələrdən yola çıxaraq İsa’nın həyatından bəzi hissələri böyük ekrana daşıyacağı deyilir. "Axırıncı Planet’in (The Last Planet) 2016-cı il istehsalı Voyage of Time: Life’s Journey kimi sənədli film, yoxsa bədii film olacağı hələlik naməlumluğunu qoruyur. Ancaq filmin mövzusu, A Hidden Life ilə son illərdəki ən adi işlərinə imza atan rejissorun yenidən fərqli tərzdə bir filmlə filmsevərlərin qarşısına çıxa biləcəyini göstərir.

"Axırıncı Planet’in (The Last Planet) nə vaxt premyerasının olacağı hələlik bilinmir. 72-ci Kann Film Festivalında filmsevərlərə təqdim olunacaq A Hidden Life‘ın isə bu payız premyerasının olması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər