Bred Pittin Filmi “Ad Astra”dan İlk Treyler Yayımlandı!

10 Iyun, 2019

Son olaraq The Lost City of Z’ə imza atan Ceyms Qreyin (James Gray) Brad Pitt’li elmi-fantastik filmi "Ad Astra"dan ilk treyler yayımlandı. Post-prodakşn müddəti gözləniləndən uzun çəkdiyi üçün dəfələrlə ertələnən filmin, 20 sentyabrda premyerası olacaq.

Two Lovers, The ImmigrantThe Lost City of Z kimi filmlərlə tanınan Ceyms Qrey (James Gray), bu il elmi-fantastik janrındakı yeni filmi "Ad Astra" ilə filmsevərlərin ixtiyarına veriləcək. Bu aralar “Bir dəfə Hollivuda” (Once Upon a Time… in Hollywood) ilə adını tez-tez eşitdiyimiz Bred Pittin baş rolunda yer aldığı film üçün tanıtım işlərinə sürət verən 20th Century Fox, maraqla gözlənilən filmdən ilk treyleri yayımladı.

Картинки по запросу Ad Astra Trailer & Poster: Brad Pitt Takes a Journey to Outer Space

Qreyin ssenarisini “Fringe” serialının ssenaristlərindən olan Ethan Gross ilə birlikdə qələmə aldığı film, illər əvvəl itgin düşən babasının başına nə gəldiyini öyrənmək və planetimizin yaşayışını təhlükə altına alan bir sirri açmaq üçün Günəş sisteminin ucqar yerlərinə yollanan bir kosmonavtın hekayəsini danışır. Ceyms Qrey (James Gray) imzalı Bred Pittli “Ad Astra”nın, 2019-cu ilin 20 sentyabrında premyerası gözlənilir.



Filmin aktyor heyətində Brad Pittlə yanaşı Tommi Li Cons (Tommy Lee Jones), Donald Sazerlend (Donald Sutherland), Ruth Negga, Liv Tayler (Liv Tyler), Ceymi Kennedi (Jamie Kennedy), LisaGay Hamilton, Con Ortis (John Ortiz), John FinnKimberly Elise kimi simalar iştirak edir.

Ceyms Qreyin (James Gray) yeni filmi, post-prodakşn müddətinin gözləniləndən uzun olması səbəbi ilə dəfələrlə ertələndikdən sonra nəhayət bu payızda izləyicilərin ixtiyarına veriləcək. İlk olaraq yanvar ayında premyerası olacağı açıqlanan, daha sonra dünya premyerasını 72-ci Kann Film Festivalında edə biləciyi danışılan film üçün açıqlanan son premyera tarixi 20 sentyabr 2019 oldu.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər