“Uzun Gecə” Filminin Baş Rolunu Brüs Uillis Üstlənəcək!

31 May, 2019

"Ölmək üçün uğurlu gün" (Die Hard), “Pulp Fiction”"Altıncı hiss" (The Sixth Sense) kimi unudulmaz filmlərdən tanıdığımız və son olaraq bu il “Şüşə” (Glass) filmində izlədiyimiz “Qızıl Qlobus” mükafatlı, istedadlı aktyor Brüs Uillis (Bruce Willis) yeni proyektlərinə qərar verdi. İstedadlı aktyor kəskin və qorxu filmi “Uzun Gecə” (The Long Night) filminin baş rolunu üstlənəcək.

Похожее изображение

Hekayənin detallarə hələ tam olaraq bilinməyən “Uzun Gecə” (The Long Night), evi amansız iki cinayətkar tərəfindən basılan, gözdən düşmüş bir həkimi (Bruce Willis) hədəf alır. Cinayətkarlardan biri uğursuz gedən bir soyğunda vurulub və tibbi yardıma ehtiyacı var. Yaralı cinayətkarı müalicə edə biləcək profesionallığa  sahib olmadığının fərqində olan həkim, ailəsini qorumaq üçün nə lazımdırsa etmək məcburiyyətindədir.

Похожее изображение

Filmin rejissor kürsüsündə 2017-ci il istehsalı qorxu filmi “12 Feet Deep” ilə adını eşitdirən Matt Eskandari oturur. Doug Wolfe’un ssenarisninə imza attığı filmin prodüserliyini Mark StewartGeorge Furla üstlənir. Çəkilişlərinə 3 iyunda Columbus, Georgia’da başlanacaq filmin gələn il premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər