“Akira” Adaptasiyasının Premyera Tarixi Bəlli Oldu!

29 May, 2019


Hunt for the Wilderpeople, What We Do in the Shadows, "Tor: Raqnaroq" (Thor: Ragnarok) filmləri ilə ürəkləri fəth edən Tayka Vaytitinin (Taika Waititi) rejissorluğunu üstlənəcəyi yeni "Akira" adaptasiyası, 21 may 2021-ci ildə premyerası olacaq.

Bildiyimiz kimi Katsuhiro Otomo tərəfindən çəkilən cyberpunk növündəki manga seriyası "Akira"nın live-action adaptasiyası 2002-ci ildən bəri gəlişdirilərək Warner Bros.’un rəhbərləyində çəkiləcək bu film üçün bir vaxtlar Ruairi Robinson, Albert Hyuz (Albert Hughes), Jaume Kolyet-Serra (Jaume Collet-Serra), Castin Lin (Justin Lin), Kristofer Nolan (Christopher Nolan), Daniel Espinosa, David SandbergCordan Pil (Jordan Peele) kimi önəmli rejissorların adları çəkilirdi. Keçən il isə proyektin rejissoru olması üçün Eagle vs Shark, Boy, What We Do in the Shadows, "Tor: Raqnaroq" (Thor: Ragnarok) kimi bir-birindən uğurlu proyektlərə imza atan Tayka Vaytiti (Taika Waititi) ilə razılaşıldı.

Картинки по запросу Taika Waititi ‘Akira’ Will Take Off In Summer 2021

Tayka Vaytitinin (Taika Waititi) rejissorluğunu üstlənəcəyi yeni "Akira" adaptasiyası üçün dəqiq addımlar aprel ayında atılmağa başlandı. Hələ aktyor heyəti açıqlanmayan filmin premyera tarixi ise sonunda məlum oldu.

Leonardo DiKaprionun (Leonardo DiCaprio) prodüserliyini üstlənəcəyi "Akira" adaptasiyası 21 may 2021-ci ildə premyerası olacaq. Film, "Con Uik 4" (John Wick: Chapter 4) ilə eyni tarixdə premyerası olacaq. Bu tarixlərdə "Con Uik 3"ün (John Wick: Chapter 3 – Parabellum) kassada uğurlu açılış etməsinin ardından seriyanın yeni filminə razılıq verən Lionsgate ilə "Akira" adaptasiyasını həyata keçirmək üçün illərini verən Warner. Bros qarşı-qarşıya gələcək. Bu iki filmdən hansının kassada uğur qazana bilməsi isə maraq doğurur.

Картинки по запросу Taika Waititi ‘Akira’ Will Take Off In Summer 2021

Filmin çəkişlərinin Kaliforniyada gerçəkləşməsi planlanır. Kaliforniya film gəlirindən vergi dəstəyi almağı bacaran Warner Bros.’un bu dəstəkdən faydalana bilməsi üçün irəlidəki altı ay içində filmin çəkilişlərinə başlaması lazım gəlir. Bu vəziyyət, "Akira" adapatsiyasının bir neçə ay içində gerçəyə dönəcəyi mənasına gəlir. Yakın vaxtda filmin aktyor heyəti ilə bağlı xəbərlər eşitməyə başlaya bilərik.

Digər yandan film sektorunda çok tənqid edilən whitewashing yani ağartma vəziyyətinin istifadə olunmasını istəməyən Tayka Vaytitinin (Taika Waititi), filmdə asiyalı gənc aktyorlarla bərabər işləmək istəyir. Mangaların mədəniyyət yönünü qorumağı hədəfləyən rejissor, bir dəfə daha qəlblərimizi fəth edir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər